Nikoqos Balyan (; ) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı memarı.Pamukciyan, Kevork. "Nikoğos Balyan", İstanbul Ansiklopedisi, Haz. Reşat Ekrem Koçu, İstanbul. 1958.
Həyatı Saray memarlarından Karpet Balyanın oğlu olub, 19 noyabr 1826-cı ildə İstanbulda dünyaya gəldi. İlk təhsilini tamamladıqdan sonra 1843-cü ildə qardaşı Sarkislə birlikdə Parisə göndərildi və burada memarlıq təhsili aldı. Ancaq səhhətinin pisləşməsi səbəbilə təhsilini tamamlamadan 1845-ci ildə İstanbula qayıtdı. Atasının yanında çalışaraq təcrübə qazandı. İnteryer (daxili) memarlığı üzrə ilk memarlıq məktəbinin açılmasında mühüm rol oynadı. 1863-cü ildə qəbul edilən Erməni nizamnaməsinin hazırlanmasında yaxından iştirak edən erməni milliyyətçilərindən biri oldu. 27 fevral 1858-ci ildə gənc yaşda tifusdan vəfat etdi.
Nunya Minasyan adlı xanımla evləndi və bu nikahdan 2 oğul, 3 qız dünyaya gəldi. Oğullarından Levon bəy özü kimi memar, digər oğlu Minas isə hüquqşunas olmuşdur.
Əsərləri Adilə Sultan qəsri (1853) Dolmabağça məscidi (1852–1854) Dolmabağça Saat Qülləsi Çırağan sarayı Erməni xəstəxanası Ihlamur qəsri (1849) Böyük Məcidiyə məscidi (1854) Kiçik Məcidiyə məscidi (1843) Kiçiksu qəsri (1857) Topxana Saat qülləsi
Mənbə Afife, Batur, Balyan Ailesi. Kişisel Arşivlerde İstanbul Belleği, Taha Toros Arşivi, 1992, s. 1089. Barkev Samuelian. Yüksek Lisans Tezi. Balyan Ailesinin 19. Yüzyılda İstanbul’un dönüşümüne Katkıları. İstanbul Üniversitesi, İstanbul 2020. Hançer, Ethem. Sultanın Mimarları Balyanlar, Atlas, İstanbul, 177, 96–108.2007
İstinadlar
Kateqoriya:Türkiyə memarları