Əli Şirin Şükürlü () – Fəlsəfə doktoru, fəxri professor, şair-esseist, yazıçı.
Haqqında 2 dekabr 1963-cü ildə Masallı rayonunun Göyəçöl kəndində müəllim ailəsində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini, 2006-cı ildə ikinci ali təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2011-ci ildən Prezident təqaüdçüsüdür. Dörd şeir kitabının, povest, esse və hekayələr müəllifi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin çapı ilə əlaqədar beş kitabın tərcüməçisidir. Əsərləri bir neçə dilə tərcümə olunmuşdur.
Əmək fəaliyyəti Müxtəlif dövlət qurumlarında (Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi), elm və ali təhsil müəssisələrində (AMEA, Kibernetika institutu, ADPU — riyaziyyatçı, BDU-da müəllim, ADİU-da baş müəllim — kafedra müdirinin müavini) işləyib. 2017-ci ildən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində işə başlamış, Ali təhsil üzrə sektorun müdiri vəzifəsində çalışmışdır. 2023-cü ildən Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan Abituriyent jurnalı redaksiyasında Yaradıcı qrupun rəhbəri vəzifəsində işləyir.
Pedaqoji və elmi faəliyyəti 1986-cı ildən etibarən elmi, 1991-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşgul olur. Fəlsəfə doktoru (riyaziyyat – Ehtimal nəzəriyyəsi: təsadüfi proseslərin tədqiqi), fəxri professordur. Hazırda təsadüfi proseslər nəzəriyyəsi və elm fəlsəfəsi üzrə elmi-tədqiqat işlərini davam etdirir. Onun fəlsəfə üzrə elmlər doktorluğu mövzusu "Bilik fəlsəfəsi" ixtisasına aid olub, qeyri-səlis çoxluqlar (həmçinin qeyri-səlis məntiq) nəzəriyyəsinin və süni intellektin fəlsəfi təhlilindən ibarətdir. Elm və fəlsəfənin inteqrasiyasında ərsəyə gələn Ədəbi suprematizm — intellektual poeziya haqqında nəzəriyyəsi, Oxşarlıqlar nəzəriyyəsi, Yuxugörmə barədə konsepsiyası və digər konsepsiyaları müxtəlif elmi dərgilərdə və dövri mətbuatda çap olunmuşdur. Ədəbi Suprematizm (İntellektual poeziya haqqında nəzəriyyə) əsəri intellektual bədii mətnlərin yaranması məqsədilə təqdim olunan modeldir. Bədii mətnlərdə "ehtimal" elementləri bu nəzəriyyənin populyar mövzularından biridir.Müxtəlif dillərdə çap olunmuş elmi, elmi-publisistik məqalələrin, ali məktəb tələbələri üçün "Ehtimal nəzəriyyəsinin elementləri" adlı metodik vəsaitin, 1 elmi-populyar (Ədəbi suprematizm və Dünyaya yeni baxış) kitabın müəllifidir.Elmi-populyar üslubda yazılmış bu kitaba müəllifin elmi-fəlsəfi konsepsiyası əsasında ərsəyə gələn iki müxtəlif – İntellektual poeziya haqqında nəzəriyyəsi və bu nəzəriyyənin formalaşmasında mühüm rol oynayan riyazi qanunauyğunluq əsasında qurduğu fəlsəfi model daxil edilmişdir. Azərbaycan ədəbiyyatında əsasən intellektual ədəbiyyatın nümayəndəsi, şeir-esse janrının və Ədəbi suprematizm adlı ədəbi-fəlsəfi cərəyanının müəllifi kimi tanınır. BSU-nun nəzdində yaradılmış Yaradıcılıq fakültəsində 2013–2015-ci tədris illərində elmi təfəkkür və ədəbiyyat (öz konsepsiyası — "Elm fəlsəfəsinin bədii yaradıcılıqda ifadəsi" əsasında hazırlanmış) mövzusunda mühazirələr oxumuşdur.
Mükafatları Polşa Səfirliyi və AYB-nin "2011-ci Çeslav Miloş ili" ilə əlaqədar keçirdiyi ədəbi müsabiqədə adlı əsəri I diploma layiq görülmüş və 2012-ci ildə Polşa dövlətinin dəvəti ilə orada təhsil ezamiyyətində olmuşdur. 2011-ci ildə bədii yaradıcılığına görə Prezident təqaüdçüsü olmuşdur.
Elmi əsərləri Some probabilistic characteristics of one random process in reliability theory. Asymptotic results for a semi-Markov process describing the behavior of some stochastic systems. Ehtimal nəzəriyyəsi ilə Qeyri-səlis məntiqin elmi-fəlsəfi müqayisəsi və bədii yaradıcılıqda ifadə konsepsiyası. Qeyri-müəyyənlik və əsas iki forması: fəlsəfi təhlil. Kvant fizikasının bəzi nəticələrinin fəlsəfi təhlilində qeyri-səlis çoxluqlar nəzəriyyəsinin yeri: epistemoloji aspektlər. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin elmi-nəzəri və fəlsəfi-metodoloji əsasları. Entropiya və qeyri-səlis çoxluqlar nəzəriyyəsi: sinergetik aspektlər. EPISTEMOLOGICAL CHARACTERISTICS OF FUZZY SET THEORY IN THE CONTEXT OF SUBJECT OBJECT RELATIONS. XIV INTERNATIONAL SCIENTIFIC CONFERENCE. TORONTO. CANADA. XIX International scientific conference "Modern science: theoreatical and practical view". Madris, Spain "Existenialism in the context of fuzzy relations: Epistemological analysis".
Nəşr olunmuş kitabları Bədii, elmi-metodik və elmi-populyar Zərrə boyda sevgi. Mütərcim. 1998 Ehtimal nəzəriyyəsinin elementləri.Ehtimal nəzəriyyəsinin elementləri? Mütərcim nəşriyyatı, Bakı.1999. Köksümdə çarmıxa çəkilmiş ürək. Azərnəşr 2003 Uçuşa bənzər. Naksuana 2005 Xoşbəxtlik ehtimalı Ədəbi suppermatizm (İntellektual poeziya haqqında nəzəriyyə) və dünyaya yeni baxış
Tərcümə etdiyi əsərlər Qeyd. Kitablar Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin çapı ilə əlaqədar tərcümə olunmuşdur. Nikolay Qarin-Mixaylovski. Seçilmiş əsərləri. Korney İvanoviç Çukovski. Seçilmiş əsərləri. O. Henri. Seçilmiş əsərləri. Herbert Uels. Seçilmiş əsərləri. Robert Stivenson. Seçilmiş əsərləri Vislava Şimborska. Şeirləri müxtəlif dərgilərdə dərc olunub
Esse və şeirləri Azərlə Baycanın hekayəsi — Şeir-pritça Qapalı rejimdən qeydlər (şeir-esse) Sevgi hekayələri çoxalırdı ağacın gövdəsində — Əli Şirin Şükürlünün yeni şeirləri Ədəbi suprematizm: 1 esse + 1 şeir "Kvant fizikasından ədəbiyyata" adlı esse Sonsuzluq: (şeir-esse)Xalq qəzeti. — 2025.- 27 iyul (№ 154).- S.6
Povestləri Su pərisi Dördlük
Hekayələri Dairəvi güzgü Ölüm Gəzən ağacın hekayəsi
Xarici keçidlər
İntellektual poeziya: ədədi münasibətlərdən ədəbi mənalara Əli Şirin Şükürlünün şeirləri haqqında
İstinadlar