Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu.
Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!". Daha sonra Herodot yazır ki, sonradan Dara xidmətçilərindən birinə hər nahardan sonra bu sözləri onun qarşısında təkrar etməyi əmr etmişdir: "Ağam! Afinalıları yadına sal!".Herodot. Kitab V Terpsixora, 105 "…şah öz yayını istəmiş, oxu yaya qoyaraq çəkib göyə atmışdır. Ox havada uçanda demişdir: "Zevs!18 Afinalılardan intiqam almağıma icazə ver!" Deyilənə görə, bu sözlərdən sonra o, xidmətçilərindən birinə hər nahardan sonra bu sözləri onun qarşısında təkrar etməyi əmr etmişdir: "Ağam! Afinalıları yadına sal!".
Döyüş zamanı Sparta və Afina Yunanıstanın iki ən böyük şəhərləri idilər. Farslar e.ə. 494-cü ildə Lade döyüşündə qələbə qazanaraq, İoniya üsyanını tamamilə dəf etdilər və Dara Yunanıstanı zəbt eləməyi planlaşdırmağa başladı. E.ə. 490-cı ildə o, Kiklad adalarını əsarət altına almaq üçün, Egey dənizi vasitəsilə Datis və Artafernin komandanlığı altında hərbi-dəniz qoşunu göndərdi, daha sonra o, Afina və Eretriyaya hücum etməyi planlaşdırmışdır. Egey dənizində uğurlu hərbi səfərindən sonra farslar yay mövsümünün ortasında Evbeya adasına çatdılar və Eretriyanı ələ keçirməyə başladılar. Daha sonra fars qoşunu Attika tərəfə üzdü və Marafon şəhərinin yaxınlığında yer saldı. Afinalıların köməyinə Plateyadan kiçik qoşun göndərilmişdir və onlar Marafon düzənliyinə çataraq, buradan iki çıxışın təcrid edilməsinə nail oldular. Afinalılar yardım üçün spartalılara da müraciət etmişdilər. Qasid Spartaya çatanda, spartalılar dini bayramın keçirilməsi ilə məşğul idilər və onlar köməyə gəlməmələrini bu bəhanəylə əsaslandırmışdılar.
Afinalılar və onların müttəfiqləri döyüş üçün dağlıq və bataqlı yer seçdilər ki, bu da farsların atlı qoşunlarına özlərinin piyada ordusuna çatmağa manə oldu. Afinalıların komandanı Miltiad cinahları möhkəmləndirərək farsların ən yaxşı döyüşçülərini mərkəzə cəlb etdi. Fars ordusu təşvişə düşərək öz gəmilərinə doğru qaçırdılar və bu baş verərkən onlar çox sayda itki verdilər. Farsların Marafon döyüşündə məğlubiyyəti ilə Yunanıstana ilk hücumları bitdi və onlar Asiyaya çəkildilər. Daha sonra Dara bütöv Yunanıstanı fəth etmək üçün böyük qoşun toplamağa başladı, lakin onun planlarına e.ə. 486-cı ildə Misirdə baş verən üsyan mane oldu. Daranın ölümündən sonra onun oğlu Kserks Yunanıstana ikinci dəfə yürüş etmək üçün hazırlıqları bərpa etdi və e.ə. 480-ci ildə hərbi əməliyyatı başlatdı.
Marafon döyüşü yunanlara farslar üzərində qalibiyyətin mümkün olduğunu göstərdi və onlara Yunan-İran müharibələrində geri dönüş etmələri üçün şərait yaratdı. Döyüş yunanların bu müharibədə uğurla çıxış etmələrinin başlanğıc nöqtəsi oldu. Döyüş həmçinin yunanlara nümaiş etdirdi ki, onlar spartalılar olmadan da qələbə qazana bilərlər, bundan qabaq isə onlar Spartaya bel bağlayırdılar. Marafon döyüşü tez-tez Aralıq Dənizi və Avropa tarixlərində əsas məqam kimi qiymətləndirilir, çünki döyüşdən sonra növbəti iki yüz il ərzində klassik yunan sivilizasiyasının inkişafı başladı, hansı ki qərb cəmiyyətində uzunmüddətli nüfuza sahib idi.
Mənbələr thumb|left|200px|Herodotun Türkiyənin Bodrum şəhərindəki heykəli.
Marafon döyüşünü təsvir edən bu günə qədər gəlib çatmış əsas mənbə Herodotun "Tarix" əsəri (kitab VI) sayılır. "Tarixin atası" öz əsərinə belə yanaşırdı: "Tapşırığım mənə danışılan nə isə onu verməkdir, inanmağa gəlincə, heç bir şey məni buna vadar edə bilməz və bunu bütün dediklərim üçün söyləyirəm"Herodot Tarihi VII. 132 və onun bu yanaşması müəyyən tənqidlərə doğurur. Onun "Tarix" əsərində olan məlumatların düzgünlüyü müxtəlifdir. Ayrı-ayrı hekayələri əfsanələr və novellalara aid etmək olar. Eyni zamanda xüsusi tədqiqatlar Herodotun məlumatlarını təsdiqləyirlər. O, tarixi əsərlərini yazarkən loqoqrafların əsərlərini, orakulların kəlam qeydlərini, rəsmi xarakter daşıyan abidələri (magistrantlar, kahinlər və kahinələr siyahıları və s), şifahi rəvayətləri və şahidlərin hekayələrini istifadə etmişdir. Herodot üçün siyasi qərəzlilik də yad deyildi. Afina sakini olan Herodot İran üzərində qələbədə afinalıların töhfələrini çox yüksək qiymətləndirir. Spartalılar barəsində o, təmkinlə yazır, amma onların müharibədə etdiyi xidmətlərini inkar etmir. Herodot Fiva şəhərini yunanların satqını kimi görür və ona qarşı xüsusilə mənfi yanaşır.
Ktesiy müəyyən mənada Herodotu tamamlayır və eyni zamanda özünü onunla müqayisə edir.И. В. Пьянков Ктесий как историк // Античная древность и средние века. — 1975. — № 11. — С. 52–57. Həkim olan Ktesiy İrana əsir düşmüşdür və nəticədə II Artakserksin sarayında xidmət göstərirdi. Ehtimal olunur ki, İran hökmdarını müalicə edən Ktesiyin əlinə arxiv materiallar düşmüşdür. Vətəninə qayıtdıqdan sonra o, "İran tarixi" () əsərini yazmışdır.
Ktesiyi həm antik, həm də müasir tədqiqatçılar tənqid edirlər. Aristotel, Feopomp, Strabon, Lukian və Plutarx kimi qədim yunan tarixçiləri onun verdiyi məlumatların şübhəli və həqiqətdən uzaq olduğunu qeyd edirdilər. Müasir tarixçilər Ktesiyin rəsmi fars salnamələrini istifadə etdiyinə şübhə edirlər.Дьяконов И. М. Источники документальные и повествовательные // История Мидии от древнейших времён до конца IV в. до н. э.. — М.-Л., 1956. — С. 24. — 486 с. Bir neçə tarixçilərlə mübahisə edərək, o, bəzi detalları dəyişməklə məlumatların çoxusunu onlardan köçürdürdü. Ktesiy Herodotu yalan danışmaq və uydurmaçılıqda günahlandırır. Bununla yanaşı müasir tarixçilər onun "Fars tarixi" əsərinin qəhrəmanlarının uydurma olduğunu bildirilər. Həmçinin Ktesiy hadisələrin baş verdiyi tarixlərdə və qoşun sayının qiymətləndirilməsində kobud səhvlər edir.Bigwood J. M. Ctesias as historian of the Persian wars // Phoenix. — 1978. — Vol. 32, № 1. — P. 19.Ktesiy. Photius' excerpt of Ctesias' Persica (2) § 28 (ingiliscə). www.livius.org saytında. 17 fevral 2012-ci ildə
Xeyli sonra yaşamış antik tarixçi-bioqraflar Plutarx və Korneli Nepot da İran-Yunan müharibələrinin hadisələrinə diqqət yetirirdilər. Marafon döyüşü haqqında məlumatları Plutarx Aristidin həyatı haqqında yazdığı əsərdə verir, Korneli Nepot isə Miltiadın.
Döyüşdən altı əsr sonra yaşamış Pavsani döyüş yerində lövhəli 4 qəbir təpələrini təsvir edir — biri afinalılar üçün, digəri plateyalılara, o biri də döyüşdə iştirak edən qullar üçün. Həmçinin qədim yunan coğrafiya aliminə əsasən, Miltiadı da sonradan Marafon vadisində dəfn etmişdilər.Pavsani. Elladanın təsviri I. XXXII. 3 Döyüş meydanında dəfnlərin olduğunu Fukidid də "Tarix" əsərində qeyd edir.Fukidid "Tarix" II. 34 Arxeoloji qazıntılar antik mənbələrdən olan məlumatları təsdiqləyir. Məşhur həvəskar arxeoloqlar Henrix Şliman və Valerios Staisın aparadığları qazıntılar zamanı Pavsani və Fukididin təsvir etdiyi dəfn yerləri tapılmışdı.The Battle of Marathon (ingiliscə). Hellenic Parliament Foundation. 31 may 2012-ci ildə.
Zəmin
Afinada vəziyyət Zorla hakimiyyəti əlinə keçirmiş tiran Pisistratın e.ə. 527-ci ildə vəfatından sonra, hakimiyyət onun oğulları Hipparx və Hippiasın əlinə keçdi. E.ə. 514-cü ildə Hipparxın qətlindən sonra sağ qalan Hippias hakimiyyəti qoruyub saxlamaq üçün ətrafını muzdlularla əhatə etdi. E.ə. 510-cu ildə Sparta çarı Kleomen Afinaya hərbi yürüşü başlatdı və onun nəticəsində tiran devrildi. Afinaya Alkmeonidlər sülaləsinin nümayəndəsi Klisfen qayıtdı. Ona yeni qanunların hazırlanması tapşırılmışdı. Onun tərəfindən edilən yeniliklər Afinaya demokratiya gətirdi (). Həmçinin onun dövründə ostrakizm tətbiq edilməyə başlandı, hansı ki demokratiyaya qarşı olan görkəmli vətəndaşları səsvermə yolu ilə şəhərdən qovulması nəzərdə tuturdu.Ostrakizm — Azleks izahlı və ikidilli lüğətlər Klisfenin etdiyi dəyişikliklər Afina aristokratiyası olan Evpatridlərin xoşuna gəlmirdi. Onlar öz nümayəndəsi İsaqorun arxont vəzifəsinə seçilməsinə nail olaraq, Klisfeni qovdular və onun islahatlarını ləğv etdilər. İsaqor və onun tərəfdarlarını spartalılar dəstəkləyirdilər. Demos bu dəyişikliyə etiraz etdi və üsyan qaldıraraq həm İsaqoru, həm də spartalıları Afinadan qova bildi.Исагора // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907. (rusca)
Onlar qovulduqdan sonra şəhərin qüdrəti artmağa başladı. Lakin sakinlər spartalıların qisasından ehtiyat edirdilər. Onların ordusu qarşısında qorxu o qədər böyük idi ki, Klisfen e.ə. 508/507-ci illərdə səfirini Daranın qardaşı və fars satrapı I Artafernin yanına göndərdi. Səfirin məqsədi spartalılara qarşı müdafiə birliyinin təmin edilməsi idi. Farslar afinalılardan "torpaq və su" tələb etdilər.Herodot. Tarix V. 73 Səfirlər razılaşdılar. Bu simvolik akt tabeliyin formal tanınması demək idi. Səfirlər evə qayıdanda "sərt qınağa" məruz qalsalar da, farslar İoniya yunanları kimi afinalıları da tabe etdiyi millətlərdən hesab etməyə başladı. Sonrakı itaətsizliyi onlar qiyam kimi qiymətləndirdilər. Əhəmənilər İmperiyasının Yunanıstana sonrakı hərbi kampaniyalarının (Mardoninin e.ə. 492-ci ildə yürüşü, Datis və Artafernin e.ə. 490-cı ildə ekspedisiyası, həmçinin Kserks ordusunun hücumu) əsas məqsədlərindən biri Afinanı istila etmək idi.
Yunan-İran müharibələrinin başlaması thumb|300x300px|Əhəmənilər dövlətinin xəritəsi E.ə. 499-cu ildə Kiçik Asiya ərazisində yerləşən və İran padşahının hakimiyyəti altında olan polis adlı siyasi yunan qurumları üsyan qaldırdılar. Üsyançıların nümayəndələri Egey dənizinin qərb sahilində yaşayan qohum yunanların yanına yollandılar. spartalılar farslara qarşı hərbi münaqişəyə girmək istəmədilər, halbuki afinalılar kömək üçün 20 gəmi göndərməyə qərar verdilərHerodot. Tarix V. 97. Üsyançılar afinalılarla birgə imperiyanın mühüm şəhərini və satraplığın paytaxtı Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular. Dara bu üsyanda iştirak edən və onun hakimiyyətinə qarşı olan yunanlardan qisas almaq istəyirdiHerodot. Tarix V. 105.
Həmçinin Dara aralarında birliyləri olmayan qədim yunan şəhərlərini fəth etmək imkanını görürdü. E.ə. 492-ci ildə fars sərkərdəsi Mardoninin hərbi ekspedisiyası zamanı Frakiya zəbt edildi, Makedoniya çarlığı isə İran padşahın ali hakimiyyətini tanımışdır.Herodot. VII. 44–45 Beləliklə, farslar quru qoşunlarının Qədim Yunanıstanın ərazisinə keçidini təmin etdilər.
E.ə. 491-ci ildə Dara hər müstəqil yunan şəhərinə "torpaq və su" (bu farsların itaətkarlıq və hakimiyyətinin tanınması demək idi) tələbi ilə elçilərini göndərdi. Əhəmənilər dövlətinin hərbi qüdrətini və gücünü dərk edən qədim Ellada şəhərləri alçaldıcı tələbləri qəbul etdilər, yalnız Afina və Sparta bu tələbi rədd etdilər. Afinada elçilər məhkəməyə verilmiş və edam edilmişdilər. Spartada onları su quyusuna atmışdılar ki, orada su və torpağı götürə bilsinlərHerodot. VII. 133.
Artafern və Datisin ekspedisiyası