300px|thumb|right|"Rus qoşunları yaxınlaşanda dağlıların kəndi tərk etməsi", P. N. Qruzinskinin əsəri, 1872-ci il
Şimali Qafqazda mühacirlik — Şimali Qafqazın müsəlman əhalisinin əhəmiyyətli hissəsinin Osmanlı imperiyasına mühacirliyi. Xüsusilə Qafqaz müharibəsinin son illərində (1817–1864) və başa çatdıqdan dərhal sonra geniş şəkil almışdır. Bu dövrdə — 1858-ci ildən 1865-ci ilə qədər — təxminən yarım milyon insan bölgəni tərk edib. Bununla belə, köçürmə faktları 1858-ci ildən əvvəl, 1865-ci ildən sonra isə Birinci Dünya müharibəsinə qədər (1914–1918) davam edib. Mühacirlərin ümumi təxmini sayı bu gün də tədqiqatçılar arasında mübahisə mövzusudur. Müxtəlif fərziyyələr 1 milyon şəxsin mühacirət etdiyi qənaətindədir. Həmçinin böyük sayda təkrar mühacirətlərdə baş verib.
Qafqaz müharibəsi başa çatdıqdan sonra XIX əsrin altmışıncı illərinin əvvəllərində Şimali Qafqazda mühacirlik hərəkatı geniş yayılmağa başladı. Mühacirlik dini anlamda könüllü köç olsa da, Şimali Qafqazda bu hərəkat çox hallarda məcburi xarakter daşıyırdı. Rusiya imperiyasının hərbi-siyasi ilhaq üsulları dağlı xalqlarının əhəmiyyətli hissəsinin məcburi şəkildə öz doğma yerlərini tərk etməsinə gətirib çıxardı. Mühacirlər köç üçün əsasən Osmanlı imperiyasının ərazilərini seçirdilər. Dağlı xaqları arasında məcburi köç mahiyyətcə Şimali Qafqazda rus müstəmləkə rejiminin aqrar siyasətinə etirazın bir forması idi. İlk növbədə köç sosial səbəblər, çarizmin dözülməz milli siyasəti, dini ayrı-seçkiliklə yanaşı, həmçinin yerli feodalların Osmanlı sultanına rəğbəti, müsəlman ruhanilərin əhval-ruhiyyəsindən də qaynaqlanırdı. Şimali Qafqazın xalqlarının mühacirət etmək istəyinin hansı şəraitdən sonra yaranması, o dövrdə Terek vilayətinin Arqun rayonunun rəisi, mayor A. P. İppolitovun qubernatora ünvanladığı xidməti raportda əksini tapıb. İppolitov 1865-ci ilin aprelində ünvanladığı məruzəsində yazırdı: "Hazırda əhali arasında müəyyən şayiələr yayılmaqdadır. Belə söz gəzir ki, onlar doğma yerlərdən sürgün ediləcəklər, silahları əllərindən alınacaq, məcburi xiristianlıq qəbul etdiriləcək, kişilər orduya cəlb ediləcək və nəhayyət onlara böyük məbləğdə vergi ödətdiriləcək, bütün əmlakları və mal-mülkləri müsadirə olunacaq".Дзагуров Г. А. Переселение горцев. Ростов н/Д, 1925.
Şimali Qafqaz mühacirliyinin səbəbləri Rusiya imperiyasının Qafqazı zəbt etməsi nəticəsində yaranan bir çox siyasi, iqtisadi, sosial və dini amillərlə yanaşı çar hökumətinin bölgəni ruslaşdırma istəyi ilə də sıx bağlı idi. XIX əsrdə mühacirlik Şimali Qafqazın etnik xəritəsini əhəmiyyətli dərəcədə dəyişdi. Bu kütləvi mühacirətin digər nəticəsi Anadolu, Bolqarıstan, Misir, İordaniya, Mesopotamiya və Suriyanın bəzi ərazilərində Şimali Qafqaz diasporalarının yaranması oldu.
Mühacirlərin etnik tərkibi də müxtəlif idi. Şərqşünas və qafqazşünas, Qafqaz Arxeoqrafiya Komissiyasının sədri Adolf Berje mühacirət edən 16-ya qədər Şimali Qafqaz etnik qruplarının və onların sub-etnik qruplarının adını qeyd etmişdir. O, köç etmiş qruplar arasında Şapsuqları, Ubıxları, Natuxayları, Kuban Noqaylarını, Abazinləri, Abadzexləri, Adıqları, Çərkəzləri Çeçenləri, Kabardinləri və s. xüsusilə fərqləndirmişdir. Osmanlı imperiyasına mühacirət etmək istəyi, demək olar ki, Şimali Qafqazın bütün müsəlman xalqlarında yaranmışdır. Lakin mühacirət edənlər arasında ilk növbədə çərkəzlər, çeçenlər və noqaylar üstünlük təşkil etmişdir.
S. E. Badayev "mühacirlik" termininin Qafqaz xalqlarının köçürülməsinə tətbiq edilməsinin legitimliyini mübahisələndirir, çünki bu termin dini səbəblərə görə könüllü köçürülməni nəzərdə tutur. Dağlı xalqlara münasibətdə bu doğru deyil, çünki onlar Rusiya imperiyasının siyasəti nəticəsində doğma vətənlərini tərk etməyə məcbur olublar. Türkiyəli tarixçi B. Həbiçoğlu isə Şimali Qafqazlıların Türkiyəyə mühacirliyinin beş mərhələsini müəyyən edib. O, Şimali Qafqaz xalqlarının 1858–1863, 1863–1864, 1865–1877, 1877–1878, 1878–1907-ci illərdə Osmanlı imperiyasına məcbur köç etdiklərini bildirib.
Şimali Qafqaz xalqlarının Osmanlı imperiyasına mühacirətliyi 1858-ci illərdən başlayaraq, fasilələrlə 1920-ci illərə qədər davam edib. Bu proses xüsusilə 1864–1865-ci illərdə geniş vüsət alıb. Bir neçə rəsmi məlumatlara görə 1858–1865-ci illər ərzində 493,2 min nəfər və ya ümumi əhalinin 1/11-i Şimali Qafqazdan mühacirlik edib.Aboltin V. A. Natsional'nyy sostav Turtsii [Ethnic composition of Turkey]. Novyy Vostok – New East. Moscow, 1925, no. 1 (7), p. 21. Amma qeyri-rəsmi məlumatlar köçənlərin sayının ən azı iki dəfə çox olduğunu deməyə əsas verib.Musaeva M. K., Magomeddadaev A. M., Kurbanov M. Ju. Dagestanskaya diaspora v Turtsii [Dagestan expat community in Turkey]. Makhachkala, 1999. Qafqaz müharibəsinin sonuna qədər, Rusiyanın rəsmi statistikasına görə, 500 ilə 1800 min nəfər doğma yerlərini tərk edib. Çar hökuməti özü də Şimali Qafqaz xalqlarının mühacirət etməsində maraqlı idi və bəzən bunun üçün müəyyən şərait də yaradırdı. Rus ordusunun yerli əhaliyə qarşı terroru, habelə gürcü və kazak hərbi dəstələrinin özbaşınalığına göz yumulurdu. 1865-ci ildə isə bunun üçün xüsusi layihə də qəbul edildi. Rusiya ordusu generelı Musa Kunduxovun çar hökumətinə müsəlman osetinlərin, Kiçik Çeçenistan çeçenlərinin və karabulakların bir hissəsinin Osmanlı imperiyasına köçürülməsi (muhacirlik) layihəsini təklif etməsi müsbət qarşılandı. Bu prosesə rəhbərlik etməyi də elə Kunduxov öz üzərinə götürdü.
Osmanlı sarayı da Şimali Qafqazdan gələn mühacir axınına biganə qalmadı. Belə ki, bu mühacir axınları 1857-ci ildə "Mühacir Məcəlləsi"nin () qəbul edilməsinə səbəb oldu. Məcəlləyə görə, kapitalı 60 Osmanlı qızıl sikkəsindən az olan ən yoxsul ailələr dövlətdən torpaq alırdı. Onlar Rumelidə məskunlaşdıqda 6 il, Anadoluda yerləşdikdə isə 12 il müddətinə vergi və hərbi xidmətdən azad edilirdilər. Köçkünlərə din azadlığı və dini binalar tikmək hüququ təmin edilirdi. 1860-cı ildə Ticarət Nazirliyinin nəzdində Qaçqınlarla İş üzrə Komissiya () yaradıldı və sonrakı il o, müstəqil quruma çevrildi.
Qafqaz müharibəsindən sonra Rusiya istilasının nəticəsində Şimali Qafqaz xalqlarının Osmanlı imperiyasına məcburi etnik miqrasiyası bölgənin siyasi və etnik tərkibinə təsir göstərən mühüm sosial proses idi. Bu məcburi köç hərəkatı təkcə Şimali Qafqaz xalqlarının etnik qruplarının demoqrafik və ərazi mövqelərinə yox, həmçinin Şimali Qafqazdan olan köçkünlərin məskunlaşdığı bir sıra Osmanlı əyalətlərinin əhalisinin etnik tərkibinə də birbaşa təsir göstərdi. Həmçinin Şimali Qafqaz mühacirləri Osmanlı imperiyası və sonradan onun yerində yaranan dövlətlərin siyasi tarixində də mühüm rol oynadılar.
Tarixi 320px|thumb|left|1816–1826-cı illərdə Şimal-Qərbi Qafqazın xəritəsi Çar IV İvan Qroznı Həştərxan xanlığını zəbt etdikdən sonra (1556) Şimali Qafqaz Rusiya dövlətinin ərazi və siyasi ekspansiya maraqlarına daxil oldu. Rusiya çarlığı (sonralar Rusiya imperiyası) ilə yanaşı, Qafqaza iddia edən əsas geosiyasi oyunçular Osmanlı imperiyası (Krım xanlığı ilə) və İran (Səfəvilər Əfşarlar və s.) idi. Şimali Qafqaz mühacirliyi dövründə — XIX əsrdə artıq Osmanlı imperiyası və İran tənəzzül dövrünü yaşayırdı, Rusiya isə əksinə, mühüm hərbi-siyasi uğurlar əldə edirdi. Əsrin əvvəlində o, iki Rus-Qacar (1804–1813 və 1826–1828) və iki rus-türk (1806–1812 və 1828–1829) müharibəsində qalib gəlsə də, yalnız Krım müharibəsindəki (1853–1856) məğlubiyyət XIX əsrdə Rusiyanın Şimali Qafqaza ekspansiyasını bir qədər cilovladı. Rusiya ilə müsəlman müqavimət hərəkatı (müridizm) arasında qarşıdurma Şimali Qafqaz imamlığının teokratik dövlətinin məğlubiyyəti və Şimali Qafqazın dağlıq bölgələrinin Rusiya tərəfindən işğalı ilə nəticələnən Qafqaz müharibəsi (1817–1864) ilə nəticələndi. Növbəti Rusiya–Osmanlı müharibəsi (1877–1878) yenidən Rusiya imperiyasının qələbəsi ilə yekunlaşdı.
Fasilələrlə davam edən rus-Qacar (1651–1911) və rus-türk (1568–1918) müharibələri, eləcə də Qafqaz müharibəsi nəticəsində Qafqazda hökmranlıq məsələsi faktiki olaraq Rusiya imperiyasının xeyrinə həll olundu. XIX əsrdə mərkəzi Tiflisdə olmaqla burada Qafqaz canişinliyi (ikinci) formalaşdı. Bölgəyə nəzarət etmək üçün Rusiya rəhbərliyi fəal surətdə istehkamlar və kazak kəndləri tikdi, kəndlər saldı və yollar çəkdi, keçidlər təşkil etdi və imperator qoşunlarını daim bütün bölgə ərazisində yerləşdirdi. Hakimiyyət orqanları müxtəlif kütləvi köçürmələr də həyata keçirdilər. Dağlılar düzənliklərə, noqaylar pristavlara, Azov, Kuban və Terek kazakları dağlıların və noqayların torpaqlarına yerləşdirildi.
Ümumi məlumatlar 300px|thumb|right|Çərkəzlərin Osmanlı imperiyasına mühacirliyinin əsas istiqamətləri Rusiya imperiyasının təzyiqi ilə Şimali Qafqazın müsəlman əhalisi arasında köçürmənin unikal forması — mühacirlik geniş yayılmağa başladı. Onun mənası müsəlmanların qeyri-müsəlman dövlətindən çıxması idi. Belə ki, Şimali Qafqaz regionu üçün bu, onlara yad olan və Şimali Qafqaz torpaqlarını zəbt edən pravoslav Rusiyadan müsəlmanların həmkonfessiyalı Osmanlı imperiyası vətəndaşlığına köçməsi idi. Rusiya imperiyasında bu fenomen unikal deyildi — müxtəlif dövrlərdə Osmanlı dövlətinə və imperiyanın tutduğu digər bölgələrdən mühacirlik var idi. Məsələn, Krım tatarlarının Krımdan və ya Şimali Qara dəniz bölgəsindən noqayların köçürülməsi belə faktlardan idi. Tarixdə əhalinin Şimali Qafqazdan Osmanlı dövlətinə köçməsi faktı da var ki, bu da "mühacirlik" anlayışına — Pravoslav Köhnə İnanclı Nekrasov kazaklarının Kubandan mühacirətinə daxil deyil.
Şimali Qafqaz mühacirliyi Qafqaz müharibəsinin son illərində (1817–1864) və başa çatdıqdan dərhal sonra mühüm xarakter almışdır. Bu dövrdə — 1858-ci ildən 1865-ci ilə qədər — təxminən yarım milyon insan (rəsmi olaraq 493 194 nəfər) Şimali Qafqazı tərk etdi. Bununla belə, köçürmə faktları müxtəlif intensivliklə 1858-ci ilə qədər, 1865-ci ildən sonra isə Birinci Dünya müharibəsinə qədər (1914–1918) baş verdi. Kütləvi mühacirətdən əvvəl ayrı-ayrı mühacirlik halları çox vaxt Məkkəyə həcc adı altında baş verirdi.
Şimali Qafqaz zadəganlarının mövqeyi XIX əsrdə Şimali Qafqazın bir çox demokratikləşmiş cəmiyyətlərinin müxtəlif dövlət qurumlarının hakim dairələri və nüfuzlu şəxsləri düşərgələrə bölünmüşdü. Onlar ya Rusiya imperiyasının ekspansiyasını dəstəkləyir, ya da onun müstəmləkə siyasətinə qarşı çıxırdılar. Mühacir hərəkatı hər iki tərəfə uyğun gəlirdi. Belə ki, Rusiya tərəfdarları köçürməni dəstəkləyirdilər, çünki bu mövqe onlara rəhbərlik edən Rusiya administrasiyası tərəfindən təbliğ edilirdi, həm də gedənlərin torpaqlarını ələ keçirmə ehtimalı var idi. Pantürkizm ideyaları sovet tarix elmində Rusiyanın bəzi əleyhdarlarına aid edilirdi. Əsasən iqtisadi səbəblərə görə Türkiyəyə getməyi pisləyənlər də var idi. Şimali Qafqaz feodalları kəndlilərindən məhrum olurdular. Əsilzadələrin bir hissəsi də Osmanlı dövlətinə mühacirət edirdilər. Onlar çox vaxt özləri ilə asılı kəndliləri və kölələrini götürürdülər.
Çar hökumətinin mövqeyi 300px|thumb|left|Frans Rubonun "Çərkəz basqını" əsəri, 1890-cı il. İmperatorlar I Aleksandrın (1801–1825-ci illərdə hökmranlıq etdi) və I Nikolayın (1825–1855-ci illərdə hökmranlıq edib) hökumətləri müsəlmanların Rusiyadan köçürülməsinə və ümumiyyətlə, hər hansı əhalinin ölkəni tərk etməsinə mənfi münasibət bəsləyirdilər. Çünki müsəlmanların köçü araşdırılmış və qarşısının alınması üçün cəhdlər edilməsi faktları var. Lakin II Aleksandrın dövründə (1855–1881-ci illərdə hakimiyyətdə olub) Rusiya hökumətinin siyasəti dəyişdi — hakimiyyət əsas diqqətini Şimal-Qərbi Qafqaza cəmləyərək mühacirliyi fəal şəkildə təbliğ etməyə başladı. Rusiya administrasiyasının üsullarından biri Şimali qafqazlıların yaşayış əraziləri məsələsini kəskinləşdirməkdən ibarət idi. Onlar ya öz torpaqlarında məhdud idilər, ya da ümumiyyətlə yeni yerlərə (əsasən dağlardan düzənliklərə) köçməyə məcbur edilirdilər. Hökumət aktiv demilitarizasiya siyasəti yürüdürdü.