Kucoin — beynəlxalq kriptovalyuta birjasıdır və dünyanın müxtəlif ölkələrindən istifadəçilərə xidmət göstərir. Platforma 2017-ci ildə təsis edilib və tez bir zamanda kriptovalyuta alışı, satışı və ticarətinin həyata keçirilməsi üçün populyar seçimlərdən birinə çevrilib.

Tarixi Kucoin 2017-ci ildə Maykl Qan (Michael Gan) və digər həmtəsisçilər tərəfindən yaradılmışdır. Şirkət ilk dəfə Sinqapurda fəaliyyətə başlamış, daha sonra qlobal bazarda fəaliyyətini genişləndirmişdir.

2025-ci ilin yanvarında KuCoin KuCoin Pay adlı satış nöqtəsi (PoS) sistemini təqdim etdi. Bu sistem istifadəçilərə mübadilə balanslarından birbaşa ödəniş etməyə imkan tanıyır və kriptovalyuta ödənişlərinin gündəlik ticarətə inteqrasiyasını asanlaşdırır.

Təhlükəsizlik KuCoin təhlükəsizlik məsələsinə böyük diqqət ayırır. İki mərhələli identifikasiya, kriptovalyutaların soyuq cüzdanlarda saxlanılması və təhlükəsizlik sistemlərinin müntəzəm yenilənməsi kimi tədbirlər həyata keçirilir.

Əlaqəli Layihələr KuCoin Labs: Yeni blockchain layihələrini dəstəkləyən təşəbbüs. KuCoin Ventures: Startaplara maliyyə dəstəyi və inkişaf imkanı təqdim edən fond.

Xüsusiyyətləri Ticarət platforması: KuCoin istifadəçilərinə spot ticarət, marja ticarəti və gəlirli ticarət alətləri təqdim edir. Token və Coinlər: Platforma 700-dən çox müxtəlif token və coin-lər üçün dəstək verir. KuCoin Token (KCS): KuCoin-in daxili tokenidir və istifadəçilərə endirimlər və digər üstünlüklər təqdim edir. Mobil Tətbiq: Platforma həm də iOS və Android üçün mobil tətbiqlər vasitəsilə əlçatandır.

Tənqidlər KuCoin fəaliyyəti dövründə bəzi problemlərlə qarşılaşıb. Məsələn, 2020-ci ildə platformanın təhlükəsizlik sistemi haker hücumuna məruz qalmış və bu hadisə nəticəsində müəyyən miqdarda kriptovalyuta oğurlanmışdır.

İstinadlar