Mazen əl-Həmadi (; ) — suriyalı fəal. Həmadi 2011-ci ildə Ərəb Baharı hadisələrində etirazlarına görə 1.5 ildən çox həbs edilib və işgəncələrə məruz qalıb. Suriyadan sürgün edildikdən sonra Niderlandda sığınacaq alıb və məruz qaldığı işgəncələr barədə ətraflı açıqlama verib. 2020-ci ildə Suriyaya qayıdarkən hava limanında Suriya kəşfiyyatı tərəfindən tutulub və bundan sonra barəsində məlumat əldə etmək mümkün olmayıb. 2024-cü ilin dekabrında onun cəsədi Sednaya həbsxanasında tapılıb.

Bioqrafiya Həmadi Neft Sənayesi İnstitutunun məzunu olmuş və Fransanın çoxmillətli neft və qaz şirkəti olan "Schlumberger"də texnik kimi çalışmışdır.

O, daha çox azadlıq və demokratiyaya çağırış edən nümayişlərdə iştirak edib və bu hadisələri telefonu ilə lentə almağa qərar vermişdir.

Həmadi ilk dəfə 24 aprel 2011-ci ildə rejimin kəşfiyyat xidmətləri tərəfindən həbs edilmişdir. O, bundan bir həftə sərbəst buraxılmışdır. İkinci dəfə 29 dekabr 2011-ci ildə həbs edilmiş və iki həftə saxlandıqdan sonra Dəməşqə getməyə qərar vermişdir.

İstinadlar

Kateqoriya:Həbsxanada vəfat edənlər Kateqoriya:Suriyada vətəndaş müharibəsi iştirakçıları