Gəncə Ekoloji Park Kompleksi — Gəncə şəhərində yerləşən, ətraf mühitin qorunması və istirahət üçün nəzərdə tutulmuş kompleks. Kompleksin tikintisinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazidə yerləşir.
Kompleksin tərkibində 1285 kvadratmetr sahəyə sahib ikimərtəbəli oranjereya binası mövcuddur. Binanın əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalardan inşa edilib. Fərqli dizaynı ilə seçilən bu kompleksdə turistlərin rahatlığı üçün bütün şərait təmin edilir. Kompleksdə müxtəlif mövsümlərdə nadir gül-çiçək, kol bitkiləri və ağac tingləri yetişdiriləcək. Bu məqsədlə oranjereya binasında bitkilərin normal inkişafını təmin edən xüsusi havalandırma sistemləri qurulmuşdur. Hal-hazırda oranjereya binasında 7 növ ağac, 16 növ gül, 8 növ kol və 9 növ kaktus bitkisi əkilmişdir. İstinadlar
Kateqoriya:Gəncə parkları