Regensburg Universiteti (alm. Universität Regensburg) — Bavariyanın UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Regensburq şəhərində universitet. Universitet 18 iyul 1962-ci ildə təsis edilmişdir.
Akademik strukturu On iki fakültəsi ilə universitet müxtəlif ənənəvi təhsil proqramlarından istifadə edir. Universitet Boloniya sistemindən sonra modullaşdırılmış təhsil proqramlarını tətbiq edən ilk Alman universitetlərindən biridir.
Universitet bakalavr, magistr və doktorluq dərəcələri təklif edir.
Fakültələri Universitet 12 fakültədən ibarətdir:
Katolik ilahiyyat fakültəsi Hüquq fakültəsi Biznes və iqtisadiyyat fakültəsi Tibb fakültəsi İnformatika və Məlumat Elmləri fakültəsi Fəlsəfə, incəsənət tarixi, tarix və humanitar elmlər fakültəsi Psixologiya, təhsil və idman elmləri fakültəsi Dillər ədəbiyyat və mədəniyyətlər fakültəsi Riyaziyyat fakültəsi Fizika fakültəsi Biologiya və preklinik Tibb fakültəsi Kimya və əczaçılıq fakültəsi
Kampusları Universitet mərkəzi Regensburq şəhərinin cənubunda, Dunay çayınından bir qədər yamacda yerləşir. Universitetin özü botanika bağı və stadionu əhatə edən 150 hektar (280 akr) ərazidən ibarətdir. Burada həmçinin əlaqədar universitet xəstəxanası da fəaliyyət göstərir.
Tələbə yataqxanaları şəhərciyin yaxınlığında, eləcə də şəhərin özündə yerləşir. Universitetin Beynəlxalq şöbəsi xarici tələbələr üçün vacib olan proqramlar təklif edir.
Reytinqləri Regensburg Universiteti müxtəlif beynəlxalq universitet reytinqlərində yer alıb. QS World University Rankings 2024-ə görə, o, qlobal miqyasda 741-750 sıralarında yer alır və Almaniya daxilində 38-ci mövqedədir. Bundan əlavə, Dünya Universitetlərinin Akademik Reytinqində 2023 ildə Regensburq Universiteti dünya üzrə 401-500 və milli reytinqlərdə 25-31 yer tutmtşdur.
Almaniyada biznesin idarə olunması üçün ən uyğun reytinqlərdən biri olan Handelsblatt Ranking universitetin Biznesin İdarəedilməsi Departamentini alman dilli Avropanın ən yaxşı 25-i arasında yerləşdirdi.
İstinadlar
Xarici keçidlər
City of Regensburg
Kateqoriya:Regensburq Kateqoriya:Almaniya universitetləri