thumb|BKS-nin bir il davam edən missiyası zamanı kosmonavt Skott Kelli (sağda) nisbi təsirlərə görə yerli əkiz qardaşı Markdan (solda) təxminən 8 1/2 millisaniyə daha cavan idi.

Əkizlər paradoksu — xüsusi nisbilik nəzəriyyəsi çərçivəsində müzakirə olunan nəzəriyyə. Bu paradoks zamanın nisbi olduğunu göstərmək üçün Albert Eynşteynin xüsusi nisbilik nəzəriyyəsinin nəticələrindən istifadə edir. Paradoksa görə, hərəkət edən müşahidəçi üçün zaman yavaş keçdiyinə görə, iki əkizdən biri kosmik səyahətə çıxarsa, o, digər əkizindən daha az yaşlanır. Extract of page 23 Extract of page 21 Extract of page 541 Extract of page 176

Təsviri İki əkiz qardaşdan biri Yer planetində qalır (yerli əkiz), digəri isə yüksək sürətlə kosmik səyahətə çıxır (səyyah əkiz). Səyyah əkiz işığın sürətinə yaxın bir sürətlə uzaq bir planetə gedir və sonra geri qayıdır. Eynşteynin xüsusi nisbilik nəzəriyyəsində zaman genişlənməsi effektinə görə, səyyah əkiz üçün kosmik gəmidə zaman daha yavaş axır. Yer planetində qalan yerli əkiz isə adi vaxt axışını müşahidə edir. Nəticədə, səyahətçi əkiz geri döndüyü zaman onun daha az yaşandığı görünür. Extract of page 203

Xüsusi nisbilik nəzəriyyəsinə görə, hərəkət nisbidir və səyyah əkiz tərəfdən baxıldıqda, yerli əkiz də hərəkətdə görünür. Bu vəziyyətdə, hansı əkizin daha az yaşlandığını müəyyən etmək ziddiyətli görünür. Səyyah əkizin hərəkəti simmetrik deyil, səyyah əkiz kosmik gəmi ilə səyahət edərkən sürətlənmə və yavaşlama mərhələlərindən keçir. Yer planetində qalan əkiz hər zaman eyni istinad sistemində qalır. Bu fərq səbəbindən, səyahətçi əkiz daha az yaşlanır.

Əkizlər paradoksu nəzəri bir ssenari olsa da, onun əsasında duran zaman genişlənməsi prinsipi eksperimental olaraq təsdiqlənmişdir. Məsələn, atom saatları ilə aparılan təcrübələrdə yüksək sürətlə hərəkət edən təyyarələrdəki saatların yer üzündəki saatlara nisbətən daha yavaş irəlilədiyi müşahidə edilmişdir. Kosmik şüalanma ilə yüksək sürətlə hərəkət edən hissəciklərin ömrünün yavaşladığı qeydə alınmışdır.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici ke, idl'r

Twin Paradox overview in the Usenet Physics FAQ The twin paradox: Is the symmetry of time dilation paradoxical? From Einsteinlight: Relativity in animations and film clips. FLASH Animations: from John de Pillis. (Scene 1): "View" from the Earth twin's point of view. (Scene 2): "View" from the traveling twin's point of view. Relativity Science Calculator — Twin Clock Paradox

Kateqoriya:Albert Eynşteyn Kateqoriya:Fizikada zaman Kateqoriya:Ulduzlararası səhayət Kateqoriya:Fizika paradoksları Kateqoriya:Zaman səyahəti