Əbdürrəhim əfəndi Çələbizadə (; ) — Quba qəzasının din xadimi, Qubanın müsəlman-sünni əhalisinin dini rəhbəri. Quba qırğınlarının qarşısını almağa çalışan şəxslərdən biri.

Bioqrafiyası Məşhur Çələbilər nəslinin nümayəndələrindən olan Əbdürrəhim əfəndi Çələbizadə 1841-ci ildə anadan olmuşdur. Əbdürrəhim əfəndinin mənsub olduğu Çələbilər nəsli, Şamdan Qubaya köçüblər.

1918-ci ildə mart ayında Quba qəzasına soxulan daşnaklara qarşı mübarizəyə qalxan şəxslərdən biri də Qubadakı sünni-müsəlman icmasının rəhbəri, ruhani Əbdürrəhim əfəndidir. O, Quba Cümə məscidinin imamı olmuşdur. Əbdürrəhim əfəndi, ermənilərə silahlı müqavimət göstərməsə də Qubanın azad edilmə planlarının hazırlandığı Güllü Təpə yığıncağında və eləcədə əliyalın əhalinin Qubadan təhlükəsiz ərazilərə təxliyə edilməsin iştirak etmişdir.

1918-ci ilin oktyabr ayında Qubaya gələn Nuru paşanı müşayiət edən şəxslərdən biri də Əbdürrəhim əfəndi idi.

Əbdürrəhim əfəndi Əhməd Əfəndi Çələbizadənin atasıdır.

Əbdürrəhim əfəndi 1921-ci ildə vəfat etmişdir. Həmçinin bax Qanlı Dərə döyüşü Quba soyqırımı

İstinadlar