Silent Running — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca səkkizinci studiya albomu "Cracker Island"dən beşinci sinql. Bu mahnıda əslən Nigeriyadan olan müğənni Adeleye Omotayo xüsusi qonaq qismində çıxış edir. O, qrupun canlı üzvüdür və "The Humanz Choir"in tərkibində yer alır. O, habelə keçmişdə Emi Uaynhausun konsert üzvü olub. Mahnı klipi "Nexus Studios" tərəfindən istehsal olunub. Mahnı sosial media asılılığı haqqındadır.

İstinadlar

Kateqoriya:Gorillaz mahnıları