I Təlal və ya Təlal ibn Abdullah (; ) — II İordaniya kralı.

1909-cu ildə Məkkədə dünyaya gəldi. Atası İordaniya kralı I Abdullah, anası isə onun ilk xanımı Müsbəh bint Nasirdir. Ammanda xüsusi təhsil aldıqdan sonra hərbi dərslər aldı və 1927-ci ildə leytenant rütbəsi aldı. Babası Hicaz kralı Şərif Hüseynin Kipr sürgünü illərində yanında yer aldı.

1946-cı ildə atasının müstəqil İordaniya kralı təyin edilməsinin ardından, taxtın varisi elan olundu. 1948-ci ildə general rütbəsinə yüksəldi. Atasının 1951-ci ildə Qüdsdə sui-qəsd nəticəsində öldürülməsinin ardından taxta çıxarıldı. Müasir konstitusiyanı qəbul edərək ölkəni parlamentli monarxiyaya çevirdi. Cəmi 1 illik səltənətinin ardından, qoyulan şizofreniya diaqnozu səbəbilə taxtdan endirildi. Qalan ömrünü İstanbuldakı bir sanatoriyada keçirdi.

Ailəsi 1934-cü ildə dayısı qızı Zeynəl-şərəf bint Cəmillə evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.

I Hüseyn Məhəmməd ibn Təlal Həsən ibn Təlal Bəsmə bint Təlal

İstinadlar Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:İordaniya kralları