Haşim ibn Hüseyn (; ) — III İordaniya kralı I Hüseynin oğullarından biri, taxt vəliəhdi.
1981-ci ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı I Hüseyn, anası isə onun dördüncü xanımı kraliça Nur əl-Hüseyndir. İlk təhsilini Ammanda aldıqdan sonra ABŞ-a göndərildi. 1999-cu ildə məzun oldu və İordaniyaya qayıtdı. Həmin il atasının vəfatıyla böyük ögey qardaşı II Abdullah taxta çıxdı.
İordaniyada hərbi akademiyaya yazıldı. Burdakı təhsilini tamamladıqdan sonra yenidən ABŞ-a qayıtdı və öncə Dyuk Universiteti, ardından Corctaun Universitetlərində təhsilini davam etdirdi. 2005-ci ilin avqustunda məzun olub İordaniyaya qayıtdı. İordaniya Silahlı Qüvvələrində kapitan rütbəsilə bir çox rəsmi və dövlət vəzifələrində xidmət etdi.
Ailəsi 6 yanvar 2006-cı ildə Səudiyyəli Fəhdəh Məhəmməd Əbunəyyanla nişanlandı və cütlük 15 aprel 2006-cı ildə evləndi. Bu nigahdan 5 övladı doğuldu.
Həalah bint Haşim (6 aprel 2007-) Rayətəl-nur bint Haşim (4 iyul 2008-) Fatiməl-aliyə bint Haşim (5 noyabr 2011-) Hüseyn Heydər ibn Haşim (15 iyun 2015-) Məhəmməd əl-Həsən ibn Haşim (21 oktyabr 2019-)
İstinadlar