Kaspiy Futbol Klubu () — Qazaxıstanın Aktau şəhərini təmsil edən futbol klubu. Klubun adı Xəzər dənizinin qazax dilindəki adından () götürülüb. Klubun ən yaxşı ili 1996-cı il olub: onlar həmin il Qazaxıstan Premyer Liqasında 4-cü yeri tutub, həmçinin Qazaxıstan Kubokunun yarımfinalına çıxıblar. Klub 2001-ci ildən Birinci Liqada çıxış etmiş, yalnız 2019-cu il mövsümündən sonra yenidən Premyer Liqaya yüksələ bilmişdir.
Tarix "Kaspiy" 1979-1991-ci illərdə SSRİ İkinci Liqasında çıxış edib. Onlar 1992-ci ildə SSRİ dağıldıqdan sonra Qazaxıstan çempionatında çıxış ediblər. Klubun əldə etdiyi ən yaxşı nailiyyət 1996-cı ildə Premyer Liqada əldə etdiyi 4-cü yerdir.
2021-ci ildə klub rebrendinq etmiş, loqosu, klub rəngləri və idman forması dəyişdirilmişdir.
Klub tarixinin bombardiri 60-dan çox qola (19 aprel 2022-ci il tarixinə) imza atmış, klubun yetirməsi olan Almas Nurbergenoviç Armenovdur.
Premyer Liqaya qayıdış "Kaspiy" 2020-ci ildə 19 mövsüm sonra ilk dəfə Qazaxıstan Premyer Liqasına qayıtdı və baş məşqçi Srcan Blaqoyeviçin rəhbərliyi ilə onlar 10-cu yerdə yekunlaşdılar. Növbəti mövsüm, 2021-ci ildə, onlar Blaqoyeviçin rəhbərliyində 8-ci yerdə yekunlaşdılar və 31 dekabr 2021-ci ildə baş məşqçi olaraq Nikolay Kostov təyin edildi. 17 aprel 2023-cü ildə isə makedoniyalı mütəxəssis İqor Angelovski yeni baş məşqçi elan edildi.
Adlar 1962: "Trud" adı ilə yaradılıb 1990: Klubun adı dəyişdirilərək Aktau adlandırılıb 1993 (iyul): Klubun adı dəyişdirilərək Munaişi adlandırılıb 1999: Klubun adı dəyişdirilərək Aktau adlandırılıb 2000: Klubun adı dəyişdirilərək Manqistau adlandırılıb 2002: Klubun adı dəyişdirilərək Kaspiy adlandırılıb
Hazırki heyət
Nailiyyətləri Qazaxıstan Birinci Liqası (1): 1994 Qazaxıstan SSR Üst Liqası (1): 1978 Qazaxıstan SSR Kuboku (3): 1964, 1977, 1978
İstinadlar
Kateqoriya:1962-ci ildə yaradılmış futbol klubları Kateqoriya:Aktau Kateqoriya:Qazaxıstan futbol klubları