Axtarmaardı palçıq vulkanı — Azərbaycan Respublikası Hacıqabul şəhərindən 22 km şimal-qərbə, Axtarma-Paşalı palçıq vulkanından şimal-şərqə doğru 3.5 km məsafədə yerləşir.
Haqqında
Axtarmaardı palçıq vulkanının nisbi hündürlüyü 150 m, palçıq vulkanı brekçiyasının sahəsi 1277 ha-dır. Vulkan 20 km məsafəyə qədər uzanan asimmetrik Kəlaməddin qırışığının cənub-şərq periklinalında yerləşir və Kəlaməddin-Kiçik Hərami qalxımlar zonasının qalxan hissələrini mürəkkəbləşdirən regional ox boyu uzanan pozulmalarla əlaqədardır. Qırışığın tağ hissəsi məhsuldar qat çöküntülərindən təşkil olunub. Layların yatım bucaqları qırışığın cənub-qərb qanadında 50-60 dərəcə (bəzi yerlərdə 90 dərəcəyə qədər), şimal-şərq qanadında isə 20-30-dərəcədir. Axtarmaardı palçıq vulkanı 1990-cı il 27 iyun tarixində püskürüb. Güclü yeraltı uğultu, sonra partlayış, qara tüstü, ardınca hündürlüyü 500 m olan alov müşahidı olunub. Alovun intensiv yanması səhərə qədər, zəifi -3 iyula qədər davam edib. Brekçiya 2 ha (diametri 160 m) sahəni örtüb. Yeni əmələ gələn örtüyün mərkəzinə, iki sahədə brekçiya güclü yanlb. Uzunluğu 500 m-ə qədər olan xətti çatlar əmələ gəlib. "Lapilli" müşahidə edilib.
Həmçinin bax Qələndəraxtarma Böyük Kənizədağ palçıq vulkanı
İstinadlar
Xarici keçidlər Adil Əliyev: Azərbaycanın palçıq vulkanları təbii sərvətlər qaynağıdır
Kateqoriya:Azərbaycanın palçıq vulkanları