Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı, köhn. azərb. aqyanus ), köhnə mənbələrdə Mühithttps://www.azleks.az/online-dictionary/m%C3%BChit?s=18 mühit. okean — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 km2) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir.
thumb|alt=Şəkil|Okean
Dünya okeanını ən çox öyrənən 1872–1874-cü illərdə Çellencer adında ingilis gəmisi olub.
Beynəlxalq Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən 60 dərəcə cənub paralelindən Antarktikaya qədər olan sular Cənub okeanı adlandırıldı.
Dünya Okeanı 5 okeana ayrılır, bunlar Sakit okean, Atlantik okeanı, Hind okeanı, Cənub okeanı və Şimal Buzlu okeanıdır. Bunlardan ən isti sulu Hind okeanı, ən soyuq sulu isə Şimal buzlu okeanıdırhttps://www.britannica.com - Earth's oceans. 28.10.2025..
Geomorofloji termin Okean materiklərlə əhatə olunması ilə əlaqədar olaraq onun səthi üzərində iqlim şəraitinin müxtəlifliyinə, səthi və dərinlik axınlarının yaranmasına səbəb olan müstəqil atmosfer sirkulyasiyası sisteminə və bunun sayəsində hidroloji, hidrokimyəvi və bioloji xüsusiyyətlərinin üfüqi və şaquli paylanma sisteminə malikdir.
Dünya Okeanı thumb|250px|Okeanlar Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanını səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 m²) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçdülər. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir.
Dünya okeanını ən çox öyrənən 1872–1874-cü illərdə Çellencer adında ingilis gəmisi olub.
Okeanın stratifikasiyası Ağırlıq qüvvəsi sahəsində okeanın dəniz suyunun sıxılması nəticəsində bölünməsinə okeanın stratifikasiyası deyilir. Okeanın istilik balansı (Hs) əsasən buxarlanma istiliyi, effektiv şüalanma və turbulent istiliyi cəmindən ibarətdir. Istilik balansının illik qiyməti 100 kkal/sm² bərabərdir.Хргиан А.А. Физика атмосферы. М. 1986–328 с
Okeanın su balansı Okenın su balansı adətən yağıntıların və buxarlanmanın fərqi ilə müəyyən olunur, yəni: P – E Ümumiyyətlə dünya okeanında bu fərq mənfi kəmiyyətdir. Hesablamalara görə P ≈ 4.12 və E ≈ 4.53 * 1020 q/il və fərq 0.41*1020 q/il. Bu kəmiyyət E kəmiyyətinin 9 %-ni təşkil edir. P – E kəmiyyətinin illik qiyməti +200 q/sm2–dan 150 q/sm2 arasında tərəddüd edir.Монин А.С. Введение в теорию климата. Л.1982–246с
Okeanın ümumi sirkulyasiyası Okean üzərində hava hərəkətlərini müstəvi və zaman miqyasında iki qrupa bölmək olar:Kiçik və mezomiqyaslı hərəkətlərİrimiqyaslı hərəkətlər
Kiçik və mezomiqyaslı hərəkətlər Kiçik miqyaslı hərəkətlərə aiddir:
Turbulent hərəkətləri Naziklaylı şaquli mikrostruktur hərəkətlə Akustik dalğalar Səth üzərində mövcud olan kapilyar dalğalar Səth üzərində olan qravitasiya dalğalarıQ. K. Gül "Meteorologiya və iqlimşünaslıq" BAKI-1960
Meandr Okean və dənizlərdə əsas su axınından ayrılan eninə dalğalara meandr deyilir. Həmin dalğaların uzunluğu 300–400 km bəzi hallarda 500 km bərabər olur, yayılma sürəti 6–10 sm/s. Meandrların yaranmasına səbəb şırnak axınlarının baroklin dayanıqsızlığıdır. Mezomiqyaslı hərəkətlərə aiddir:
daxili qravitasiya dalğaları inersion tərəddüdlər axın
İrimiqyaslı atmosfer hərəkətlərinə aiddir:
Sinoptik hərəkətlər Atmosfer sinoptik hərəəkətlərin yaratdığı həyəcanlanmalar Mövsümi tərəddüdlər (əsasən musson axınları) Okean suyunun üst qatlarında yaranan axınlar (kvazi stasionar axınlar) Okeanda sakit termoxal axınlar
Okeanlar OkeanSahəsi (km2) (%)Həcmi (km3) (%)Çökəkliyin adı (m)Sakit okean168,723,000 km2 46.6%669,880,000 km3 50.1%Marian çökəkliyi (11022 m)Atlantik okeanı85,133,000 km223.5%310,410,900 km3 23.3%Puyerto-Riko (8742 m)Hind okeanı70,560,000 km219.5%264,000,000 km3 19.8%Zond çökəkliyi(7729m)Cənub okean21,960,000 km26.1%71,800,000 km3 5.4%Cənubi Sandviç çökəkliyi (7235)Şimal Buzlu okeanı15,558,000 km24.3%18,750,000 km3 1.4%Qrenlandiya çökəkliyi (5527m), Nansen (5449 m).Bütün Okean→361,900,000 km² 100%1,335,000,000 km³ 100%Çökəkliklər ↑
Okeanların sahəsi və okeanların ən dərin yerləri
OkeanSahəsi (km2) (%)Həcmi (km3) (%)Çökəkliyin adı (m)Sakit okean168,723,000 km2 46.6%669,880,000 km3 50.1%Marian çökəkliyi (11022 m)Atlantik okeanı85,133,000 km223.5%310,410,900 km3 23.3%Puyerto-Riko (8742 m)Hind okeanı70,560,000 km219.5%264,000,000 km3 19.8%Zond çökəkliyi(7729m)Cənub okean21,960,000 km26.1%71,800,000 km3 5.4%Cənubi Sandviç çökəkliyi (7235)Şimal Buzlu okeanı15,558,000 km24.3%18,750,000 km3 1.4%Qrenlandiya çökəkliyi (5527m), Nansen (5449 m).Bütün Okean→361,900,000 km² 100%1,335,000,000 km³ 100%Çökəkliklər ↑
Həmçinin bax Gətirmə konusu Çalalı relyef Geoloji proseslər
İstinadlar
Kateqoriya:Geomorfoloji terminlər
Kateqoriya:Sahil və okean relyef formaları Kateqoriya:Su obyektləri