Əbu Əli əl-Həsən ibn Ziyad əl-Ənsari əl-Kufi (; ) — Əbu Hənifənin tələbələrindən biri. Müctəhid alim.

Həyatı Hicri 116-cı (734) ildə, Kufədə anadan olmuşdur. Daha sonra Bağdada köçmüşdür. Bir müddət Əbu Hənifənin dərslərində iştirak etmiş, onun vəfatından sonra Əbu Hənifənin oğlu Həmmaddan fiqh dərsləri alaraq hənəfi məzhəbində ictihad səviyyəsinə çatmışdır. Hədis dinlədiyi müəllimlər arasında İbn Cüreyc, Malik ibn Miğvəl, Vəki ibn Cərrah, Əyyub ibn Uqbə, Həsən ibn Ümarə, İsa ibn Ömər əl-Həmədani kimi alimlər vardır. O, İbn Cüreycdən fiqhi mövzularla bağlı 12.000 hədis yazmışdır.

Həsən ibn Ziyad 810-cu ildə Həfs ibn Qiyasın vəfatından sonra qısa bir müddət Kufə qazılığı vəzifəsini yerinə yetirmişdir, lakin fətva mövzusundakı həddindən artıq həssaslığı səbəbiylə bu vəzifədən azad olunmasını istəmişdir. hicri 204-cü (819) ildə vəfat edən Həsən ibn Ziyadın, ölüm tarixi bəzi mənbələrə görə hicri 209-cu (824) ildir.

İrsi və mirası Dövrünün alimlərindən olan və onu yaxından tanıyan Yəhya ibn Adəm, Həsən ibn Ziyadın Həfs ibn Qiyasdan sonra gördüyü ən fəqih şəxs olduğunu bildirmişdir. Məhəmməd Zahid Kövsəri, Həsən ibn Ziyadın elmi mərtəbəsi haqqındakı əsassız iddiaları cavablandırırkən Əbu Əvanə əl-İsfərayinin "əs-Səhihul-müsnəd"də, Hakimin "əl-Müstədrək"ində ondan hədis təxric etdiklərini və Təbərinin "İxtilafül-füqahə" adlı əsərində Əhməd ibn Hənbəl başda olmaq üzrə bir çox müctəhid imamın fikirlərinə yer verməzkən Həsən ibn Ziyadın fikirlərinə yer verdiyini söyləyər.

Tələbələri Həsən ibn Ziyadın tələbələri arasında dövrün mühəddislərindən İshaq ibn Bəhlul vardır. Bu alimin əlli minə yaxın hədis rəvayət etdiyi etibarlı mənbələrdə qeyd edilmişdir. Yenə həm hədis, həm fiqh alimi məşhur Məhəmməd ibn Şücanın da onun tələbələrindən biri olması, Həsən ibn Ziyadın fiqhdə və hədisdə etibarlı bir alim olduğunu nümayiş etdirir.

Onun digər tələbələri bunlardır: Yəhya ibn Adəm, İbn Səmaa, Şueyb ibn Əyyub, Vəlid ibn Həmmad əl-Lulu (qardaşı oğlu), İsmayıl ibn Həmmad (Əbu Hənifənin nəvəsi), Xələf ibn Əyyub əl-Bəlxi, İsmayıl əl-Fəzari, Məhəmməd ibn Muqatil ər-Razi, Əmr (Ömər) ibn Müheyr (Əbu Bəkr Xəşşafın atası).

Əsərləri Həsən ibn Ziyadın bir çox əsəri dövrümüzə qədər gəlib çatmamışdır. Onun dövrümüzə qismən gəlib çatan əsərləri bunlardır:

Kitabül-Mücərrəd. Həsən ibn Ziyadın Əbu Hənifədən eşitdiyi fiqhi məlumatları özündə ehtiva edən bu əsər Məhəmməd ibn Şüca tərəfindən rəvayət edilmişdir. Kitabul Ədəbil-Qazi, Kitabül-Hişal, Kitabü Məanil-Əyman, Kitabun-Nəfəqat, Kitabul-Xərac, Kitabül-Fəraiz, Kitabül-Vəsaya, Kitabül-Məqalat, Kitabüt-Töhmə, Kitabül-İcarə, Kitabüs-Sərf, Əl-Əmali.

İstinadlar

Kateqoriya:819-cu ildə vəfat edənlər

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər Kateqoriya:Müctəhidlər