Azad Systems — pilotsuz uçuş aparatları istehsal edən İsrail–Azərbaycan birgə şirkəti.

Tarixi 2009-cu ildə İsraillə Azərbaycan arasında Azərbaycanda PUA istehsalı zavodunun tikintisinə dair saziş imzalanmışdır. 2011-ci ilin mart ayında İsrailin "Aeronautics Defense Systems" şirkətinin yardımı ilə müəssisə "AZAD Systems Co." adı ilə istifadəyə verilmişdir. Azərbaycanın bundan əvvəl Aerostar pilotsuz uçuş aparatları satın almışdı. Həmin andan şirkət "Qaranquş" adı ilə "Orbiter" 2M və "Şahin" adı ilə "Aerostar" istehsalına başlamışdır. Müəssisənin 30% lokallaşma səviyyəsinə çatması planlaşdırılırdı. Şirkət istehsal olunan PUA-ların sayı ilə bağlı rəsmi məlumat verməsə də, 2020-ci ildə Qarabağda hərbi əməliyyatların başlanmasına qədər "Şahin" PUA-larının yan nömrələrinə əsasən, azı 60 ədəd istehsal edilmişdir.

2014-cü ildə müəssisədə istehsalına başlanılan yeni "Orbiter 3" taktiki pilotsuz uçan aparatı təqdim edildi. 2016-cı ildə Qarabağda lokal eskalasiya zamanı bu PUA-lardan biri Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan avadanlıqlar arasında aşkar edilmişdir. 2020-ci ildə hərbi əməliyyatların başlanğıcında istehsal edilən "Orbiter 3" pilotsuz təyyarələrinin sayı yüzlərlə idi.

2017-ci ildə "Azad Systems" şirkəti "Zərbə 1K" adlandırılan "Orbiter 1K" kamikadze PUA istehsalına başlamışdır. İsraildən alınmış və Azərbaycanda istehsal olunan "Orbiter 2M", "Orbiter 1K" və "Orbiter 3" pilotsuz təyyarələri 2020-ci ilin iyulunda baş tutmuş Tovuz döyüşləri zamanı Azərbaycan tərəfi tərəfindən istifadə edilmişdir.

İstinadlar

Kateqoriya:Bakı şirkətləri Kateqoriya:Azərbaycan Silahlı Qüvvələri