Lissabon Elmlər Akademiyası (port. Academia das Ciências de Lisboa) — Portuqaliyada akademik tərəqqi və rifahı təşviq etmək ilə elmin inkişafına həsr olunmuş milli akademiya. Portuqaliyanın ən nüfuzlu elmi qurumlarından biridir və Portuqal dilinin rəsmi tənzimləyicisidir.

Tarixi Akademiya 24 dekabr 1779-cu ildə Portuqaliyanın Lissabon şəhərində, akademiyanın ilk prezidenti olmuş Juan Karlos de Braganza, 2-ci Lafoynş hersoqu və akademiyanın ilk baş katibi Xose Korreya da Serra tərəfindən yaradılmışdır..

Akademiya 1783-cü ildə Portuqaliya Kraliçası I Mariya tərəfindən kral himayəsi aldı və quruma Kral Elmlər Akademiyası (Real Academia das Ciências) adı verildi.

1834-cü ildən Akademiya Lissabon şəhərinin Bairro Alto rayonunda yerləşir.

İlk olaraq Akademiya üç şöbədən - dəqiq elmlər, təbiət elmləri və təsviri sənət elmləri şöbələrindən ibarət idi. 1851-ci ildə şöbələr birləşdirildi və Akademiya iki şöbədən - təbiət elmləri və humanitar elmləri şöbələrindən ibarət oldu.

1910-cu il inqilabından sonra Akademiya Lissabon Elmlər Akademiyası adlandırıldı.

Strukturu Lissabon Elmlər Akademiyasının tərkibində 30 həqiqi üzv (akademik), 60 müxbir üzv, habelə xarici üzvlər və fəxri üzvləri var. Akademiya Beynəlxalq Elm Şurasının ilk milli üzvlərindən biri, Avropa Elm Fondunun iki portuqal üzvündən biri və Kral Cəmiyyətinin (Böyük Britaniya) Avropa Elmi Mübadilə Proqramının Portuqaliyalı tərəfdaşı olmuşdur.

Şöbələri Lissabon Elmlər Akademiyasının şöbələrinin hər birində bir sıra bölmələr var.

Təbiət və Dəqiq elmlər şöbəsi

Riyaziyyat bölməsi Fizika bölməsi Kimya Yer və Kosmos elmləri bölməsi Biologiya bölməsi Tibb bölməsi Mühəndislik və tətbiqi elmlər bölməsi

Humanitar elmləri şöbəsi Şöbə portuqal dilinin tənzimləyicilərindən biridir. Şöbəyə aşağıdakı bölmələr daxildir:

Ədəbiyyat və ədəbiyyatşünaslıq Filologiya və dilçilik Fəlsəfə, psixologiya və pedaqogika Tarix və Coğrafiya Hüquq və Siyasi elmlər İqtisadiyyat və maliyyə Sosiologiya və digər sosial və humanitar elmlər

Akademiyanın institutları Akademiyanın iki əsas institutu var:

Ali Tədqiqatlar İnstitutu (port. Instituto de Altos Estudos) — Təbiət və humanitar elmlər sahəsində tədqiqatlar aparır. Portuqal dilinin Leksikologiya və Leksikoqrafiya İnstitutu (Instituto de Lexicologia e Lexicografia da Língua Portuguesa) — Portuqal dilinin qorunması və genişləndirilməsi sahəsində çalışır. Leksikologiya və Leksikoqrafiya institutunun hazırladığı əsərlər arasında Müasir Portuqal dili lüğəti (Port. Dicionário da Língua Portuguesa Contemporânea) var.

Qalereyası

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə təşkilatlar Kateqoriya:Milli elmlər akademiyaları Kateqoriya:Portuqaliyada elm və texnologiya Kateqoriya:Elmlər akademiyaları