Kannabinoid arteritiCannabis-associated arteritis F Grotenhermen 010 Feb;39(1):43-53. https://pubmed.ncbi.nlm.nih.gov/20186675/ (tibdə kannabislə əlaqəli arterit kimi də tanınır) kannabinoidin qəbulu nəticəsində yaranan,Cannabis-associated arteritis F Grotenhermen 010 Feb;39(1):43-53. https://pubmed.ncbi.nlm.nih.gov/20186675 periferik arteriyaların iltihablanmamış trombozu ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyin daha çox inkişaf etməsi işemiyaya və toxuma nekrozuna səbəb olur.Cannabis arteritis: A case report and brief review of the literature. Banana Y, Bashir H, Boukabous S, Rezziki A, Benzirar A, El Mahi O.Ann Med Surg (Lond). 2022 Mar 28;76:103523. doi: 10.1016/j.amsu.2022.103523. eCollection 2022 Apr. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC9052130/

Kannabinoid arteriti olduqca nadir rast gəlinən bir xəstəlikdir.Sterne J, Ducastaing C. Les arterites du cannabis Indica. Arch Mal Cœur. 1960 Feb;53:143-7. https://pubmed.ncbi.nlm.nih.gov/13834494/ Xəstəliyin diaqnozu ilk dəfə 1960-cı ildə qoyulmuşdur.Peyrot I., Garsaud A.M., Saint‐Cyr I., Quitman O., Sanchez B., Quist D. Cannabis arteritis: a new case report and a review of literature. J. Eur. Acad. Dermatol. Venereol. 2007;21(3):388-391. 1960-cı ildən 2022-ci ilə qədər olan müddətdə bütün dünyada yalnız 55 kannabinoid arteriti hadisəsinə rast gəlinmişdir. Buna görə də kannabinoid arteriti hələ də istisna diaqnozlara aid edilir.Peyrot I., Garsaud A.M., Saint‐Cyr I., Quitman O., Sanchez B., Quist D. Cannabis arteritis: a new case report and a review of literature. J. Eur. Acad. Dermatol. Venereol. 2007;21(3):388-391.

Etiopatogenez Müəyyən edilmişdir ki, kannabinoid arteritinin inkişafında etioloji faktor çətənənin istifadəsidir.Cannabis arteritis. El Omri N, Eljaoudi R, Mekouar F, Jira M, Sekkach Y, Amezyane T, Ghafir D. Pan Afr Med J. 2017 Feb 1;26:53. doi: 10.11604/pamj.2017.26.53.11694. eCollection 2017. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5398854/ Xəstəlik çətənədən az miqdarda istifadə edən insanlarda, intensiv və uzun müddət istifadə edən insanlardakı kimi inkişaf edir. Patogenezinin əsas səbəbi tetrahidrokannabinolun (Δ9-THC) vazokonstriktor təsiridir.Vasoconstrictor actions of delta8- and delta9-tetrahydrocannabinol in the rat. M D Adams, J T Earnhardt, W L Dewey and L S Harris Journal of Pharmacology and Experimental Therapeutics March 1976, 196 (3) 649—656; https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5398854/

Klinik təsviri Xəstəlik özünü distal ətrafların işemiyası, venoz tromboz, Reyno fenomeni, periferiyada arteriyaların pulsasiyasının olmaması və sonuncu mərhələdə isə yüksələn nekroz kimi göstərir.Disdier P., Granel B., Serratrice J., et al. Cannabis arteritis revisited. Ten new cases reports. Angiology. 2001;52:1-5. Nekrozun başlamasından bir neçə gün və ya həftə əvvəl xəstələr əl və ayaq barmaqlarında göyərmənin olduğunu qeyd edirlər.Gröger A., Aslani A., Wolter T., Noah E.M., Pallua N. Ein seltener fall von cannabis arteritis. Vasa. 2003;32:95-97. Daha sonra isə həmin təsirlənmiş toxuma nahiyələrində dözülməz ağrılar müşahidə edilir və xəstənin yerişində kəskin pozulmalar meydana gəlir.Schneider F., Abdoucheli-Baudot N., Tassart M., Boudghène F., Gouny P. Cannabis and tobacco: cofactors favoring juvenile obstruent arteriopathy. J. Mal. Vasc. 2000;25:388-389.

Diaqnostikası Kannabinoid arteritinin diaqnostikası üçün anamnez toplamaq və fiziki müayinə üsullarından əlavə, qan, sidik və saçın toksikoloji testlərindən istifadə etmək məsləhət görülür (bu analizlər bədəndə kannabinoidlərin və onların metabolitlərinin olub-olmamasını təsdiqləyirlər). Ətrafların arterioqrafiyası zədələnmiş damarları aşkar etməyə imkan verir. Bu, damarların müxtəlif hissələrinin tıxanmalarını aşkar etməyə imkan verir. Bütün digər patologiyaları istisna etmək üçün biokimyəvi və immunoloji qan testləri aparılır.

Diferensial diaqnostika Kannabinoid arteriti Bürqer xəstəliyinə bənzəyir və onları bir-birindən fərqləndirməyi bacarmaq lazımdır (baxmayaraq ki, bəzi müəlliflər kannabinoid arteriti bu xəstəliyin formalarından biri hesab edirlər).Karila L., Danel T., Coscas S., Chambon J.P., Reynaud M. [Progressive cannabis-induced arteritis: a clinical thromboangeitis obliterans sub-group? Presse Med. 2004;33(18 Suppl):21-23.Combemale P., Consort T., Denis-Thelis L., Estival J.-L., Dupin M., Kanitakis J. Cannabis arteritis. Br. J. Dermatol. 2005;152:166-169 Kannabinoid arterit və Buerger xəstəliyi arasındakı əsas fərq damar divarının iltihabının olmamasıdır. Tibdə arterial medianın orta dərəcədə iltihabı ilə müşayiət olunan kannabinoid arteritin tək bir halı təsvir edilmişdir.Disdier P., Granel B., Serratrice J., et al. Cannabis arteritis revisited. Ten new cases reports. Angiology. 2001;52:1-5. Bundan əlavə, diaqnostika zamanı obliterasiya edən endarterit, diabetik angiopatiya və otoimmün kimi xəstəliklər də istisna edilməlidir.

Müalicəsi Bu xəstəliyin müalicəsi üçün ən əhəmiyyətli məqam xəstənin daha çox çətənə istifadəsini dayandırmasıdır. Kannabinoid arteritin konservativ müalicəsi prostaglandinlərin, antikoaqulyantların, antiplatelet agentlərinin, analjeziklərin və antibiotiklərin istifadəsini əhatə edir. Hiperbarik oksigenləşmə də mümkündür. Bu müalicə nekrozun inkişafını dayandıra bilər, lakin zədələnmiş toxumanı bərpa etmək mümkün deyildir. Cərrahi müalicə nekrotik toxumanın amputasiyasını əhatə edir.

İstinadlar

Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:İnsan xəstəlikləri və pozuntuları Kateqoriya:Damar xəstəlikləri