Dareytlər () — qədim Atropatena dövlətinin əhalisini təşkil edən tayfalardan biri.

Yerləşməsi "Tarixin atası" Herodot dareytlərin kaspilər, pavsiklar və pantimatlarla birgə Əhəmənilər dövlətinin XI-ci satraplığında yaşadıqlarını söyləyir.

Herodotdan başqa bu tayfa haqda Klavdi Ptolemey xəbər verir ki, onların torpaqları Midiyanın böyük hissəsini əhatə edir. Digər antik müəlliflər, məsələn Bizanslı Stefan, çox ehtimal ki, həmin tayfanı daritlər kimi qeyd edirlər.

Həmçinin bax Matienlər Əhəmənilər dövləti

Ədəbiyyat 1. И. Алиев. Очерк истории Атропатены. Баку. 1989

2. Azərbaycan tarixi. Yeddi cilddə. AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu. I cild. Bakı. 1998

3. Р. Меликов. Этническая картина в период ахеменидского владычества (VI–IV вв.до н.э.). Баку: Нурлан.2003

İstinadlar