Səniyə Nazik İşıq (; ) — türk feministi, siyasətçisi və aktivisti. Erkən illəri və təhsili Səniyə İşıq 1957-ci ildə İzmirdə anadan olub. 1968-ci ildə Karşıyaka Fevzi Paşa İbtidai məktəbi, 1974-cü ildə Karşıyaka Qız Liseyində təhsil almağa başlayan Səniyə xanım 1978-ci ildə də Ankara Universitetinin Politologiya fakültəsində təhsil almağa başlamışdır.

12 sentyabr hərbi çevrilişindən sonra o, 1402-liklər (Türkiyədə 12 sentyabr hərbi çevrilişindən sonra 1402 saylı hərbi qanunu ilə vəzifələrindən uzaqlaşdırılan dövlət məmurları, xüsusən də universitet müəllimlərinə ictimaiyyət arasında verilən addır) sırasına qatılmışdır. 1984-cü ildə Ankara Universitetinin Politologiya fakültəsində bakalavr dərəcəsini, 1997-ci ildə isə SOAS London Universitetində magistr dərəcəsini bitirmişdir. 1999-2012-ci illər arasında Hacəttəpə Universitetinin Sosial xidmətlər departamentində çalışan Səniyə işıq Sosial siyasət və planlaşdırma, Gender və Sosial işdən dərs deyib. Karyerası 1979-2002-ci illərdə o, Dövlət Planlama Təşkilatında planlaşdırma üzrə mütəxəssis, daha sonra Qadın Statusu Baş İdarəsində baş direktor müavini vəzifələrində çalışıb. 2002-2010-cu illər arasında isə Avropa İttifaqı və BMT-nin layihələrində məsləhətçi, təlimçi, koordinator və menecer vəzifələrində çalışıb. Aktivist fəaliyyəti və şəxsi həyatı Müxtəlif qurumların dəstəyi ilə qadın və LGBT hüquqları uğrunda mübarizə aparan İşıq, Qadın Həmrəyliyi Fondunun qurucu üzvü, Qadın sığınacağı:Məsləhət Mərkəzlərinin qurucusu, Kaos GL üzvü, həmçinin Bərabər Həyat Dərnəyinin qurucu üzvü və prezidentidir.

Səniyə işıq öz şəxsi arxivini 28 iyun 2019-cu ildə İstanbuldakı "Qadın Kitabxanaları və İnformasiya Mərkəzləri Fondu"na bağışlayıb. O, həmçinin Cümhuriyyət Xalq Partiyasında "Qadın Haqqları Baş katibi" vəzifəsini icra edib. 2012-2014-cü illərdə həmin partiyada partiya məclis üzvü olub. Bundan əlavə, o, 2020-2022-ci illər arasında İzmir Şəhər Şurası sədri vəzifəsində də çalışıb.

Səniye Nazik İşıq evlidir və iki övladı var.

İstinadlar

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1957-ci ildə doğulanlar Kateqoriya:London Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq Məktəbinin məzunları Kateqoriya:Ankara Universiteti Siyasi elmlər fakültəsinin məzunları Kateqoriya:Türkiyənin qadın siyasətçiləri Kateqoriya:Türkiyə aktivistləri Kateqoriya:Türkiyə akademikləri Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:Türk feministlər