İdarəetmə və Büdcə İdarəsi (, Abr: OMB) — Amerika Birləşmiş Ştatlar Prezidentinin İcra Aparatında büdcə və idarəetməyə cavabdeh olan agentlikdir. İdarəetmə və Büdcə İdarəsi prezidentin büdcəsini hazırlayır və həmçinin agentlik proqramlarının, siyasətlərinin və prosedurlarının keyfiyyətini ölçür ki, onların prezidentin siyasətinə uyğun olub-olmadığını yoxlayır və idarələrarası siyasət təşəbbüslərini əlaqələndirir. Baş ofis Vaşinqtonda Eyzenhauer İcra Ofisi Binasında yerləşir.

Mənbə

Kateqoriya:1970-ci ildə yaradılmış təşkilatlar