Kürəkən Mehmed Şərif Paşa və ya sonradan Mehmed Şərif Çavdaroğlu () — Osmanlı diplomatı, Sultan Əbdüləzizin kürəkəni.

Mülki məktəbdə təhsil aldı və müxtəlif dövlət vəzifələrində xidmət etdi. 1901-ci ildə Sultan Əbdüləzizin qızlarından Əminə Sultanla evləndi və paşa ünvanı aldı. 1919-cu ildə qurulan Əli Rza Paşa hökumətində daxili işlər naziri olaraq fəaliyyət göstərdi. O illərdə başlayan Türkiyə İstiqlaliyyət Hərəkatına qarşı mübarizə apardı. Osmanlı imperiyasının süqutu və cümhuriyyətin elan edilməsinin ardından ölkədən qaçdı.

Uzun illər Fransada yaşadıqdan sonra 1946-cı ildə Rəcəb Pekər hökumətinə etdiyi müraciətlə bağışlandı və Türkiyəyə girişinə icazə verildi. Soyadı Qanunu əsasında Çavdaroğlu soyadını qəbul etdi. 1958-ci ildə Kadıköydəki evində vəfat etdi.

Ailəsi 12 sentyabr 1901-ci ildə Ulduz sarayında Sultan Əbdüləzizin qızlarından Əminə Sultanla evləndi. Cütlüyün bu nigahdan 1 qızı dünyaya gəldiyi bilinir.

Həmidə xanım Sultan, həyatı haqqında heç bir məlumat yoxdur.

Mənbə

Ədəbiyyat

Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. s. 16 Kateqoriya:Osmanlı paşaları