UEFA məşqçi lisenziyası — UEFA üzvü olan ölkələrdə məşqçilərin ixtisasını təsdiq edən sənəd. UEFA hər biri müəyyən səviyyədə məşqçilik üçün etibarlı olan bir neçə lisenziya təqdim edir. Bunlara UEFA Pro Lisenziyası, UEFA A Lisenziyası, UEFA B Lisenziyası və UEFA C Lisenziyası daxildir. Bu lisenziyalar UEFA-ya üzv olan hər bir ölkənin futbol federasiyası tərəfindən verilir və üç il müddətində etibarlıdır.

UEFA Pro Lisenziyası UEFA Pro Lisenziyası Avropada mövcud olan ən yüksək dərəcəli məşqçilik sertifikatıdır və adətən "B" və "A" lisenziyalarının tamamlanmasından sonra verilir. İstənilən Avropa ölkəsində liqa sisteminin ən yüksək pilləsində çıxış edən bir futbol klubunu daimi əsasda, yəni 12 həftədən çox idarə etmək üçün Pro Lisenziyası tələb olunur. Bu lisenziya həmçinin UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında çıxış edən klublara rəhbərlik etmək üçün də tələb olunur.

UEFA A Lisenziyası A Lisenziyası Pro Lisenziyasından bir səviyyə aşağıdır. Bu lisenziya sahibinə 18 yaşa qədər gənclər komandalarının, yüksək səviyyəli klublarda əvəzedici komandaların ("B" komandaları və ya II komanda kimi də tanınır) və peşəkar futbolun ikinci təbəqəsində oynayan kişilərdən ibarət klubların baş məşqçisi olmaq hüququ verir.

UEFA B Lisenziyası B Lisenziyası A Lisenziyasından bir səviyyə aşağıdır və sahiblərinə həvəskar klubların və 16 yaşa qədər gənclər komandalarının baş məşqçisi, həmçinin peşəkar klublarda köməkçi məşqçi olmaq hüququ verir.

UEFA C Lisenziyası və FA Səviyyə 1 B Lisenziyasından bir səviyyə aşağıda C Lisenziyası, ondan bir səviyyə aşağıda isə FA Səviyyə 1 sertifikatı (və ya D Lisenziyası) yer alır. Daha əvvəl FA Səviyə 1 sertifikatından yuxarıda FA Səviyyə 2 sertifikatı yer almış, daha sonralar onu C Lisenziyası əvəz etmişdir. C lisenziyasını əldə etmək üçün çox vaxt FA Səviyyə 1 setifikatı tələb olunur. Bu sertifikata bir çox yerli futbol assosiasiyasında "D Lisenziyası" kimi də istinad edilir.

İstinadlar

Kateqoriya:UEFA Kateqoriya:Futbol məşqçiləri