Qadınlar-kaymanlar (fr. Femmes-Caïmans) — Afrikada Konqo Respublikasında yaradılmış qeyri-hökumət təşkilatı.
Bu qadın təşkilatı Konqo Respublikasının paytaxtı Brazzavil şəhərində Afrika maraqlarının müdafiəsi uğrunda Demokratik Birlik partiyasının bir qanadı olaraq təşkil edilmişdir.Angèle Dusabimana. Les femmes et la violence urbaine a Brazzaville İbadan [Nigeria], 1995.
Tarixi "Qadınlar-Kaymanlar" təşkilatı 1956-cı ildə Konqo Respublikasının Brazzavil şəhərində Fulber Yulunun rəhbərlik etdiyi Afrika maraqlarının müdafiəsi uğrunda Demokratik Birlik Partiyasının qadın qolu olaraq yaradılıb.John Frank Clark, Samuel Decalo. Historical Dictionary of Republic of the Congo. — Scarecrow Press, 2012. — 571 с. — ISBN 978-0-8108-4919-8. 1963-cü ilin avqustunda xalq inqilabı Fulbert Yulunu Konqo hakimiyyətindən devirmişdi.
Yulu təşkilatın yaradılması zamanı onun maliyyələşdirilməsinə kömək edib. Təşkilat partiyanın simvolu olan kaymanın şərəfinə adlandırılıb. Pauline Madieta "Qadınlar-Kaymanlar" təşkilatının ilk prezidenti seçilib.Robert Edmond Ziavoula. Brazzaville, une ville à reconstruire: recompositions citadines. — KARTHALA Editions, 2006.Annales de l'Université Marien Ngouabi. — Université Marien Ngouabi, 2007.
Fəaliyyəti "Qadınlar-Kaymanlar" təşkilatı 1957-1960-ci illərdə Brazzavildə ən fəal siyasi təşkilatlardan biri olub. Ölkədə xüsusilə qadınlar arasında savadsızlığa qarşı mübarizə aparmağı hədəf qoymuş bu təşkilat savadsız qadınların siyasi düşüncələr baxımından maarifləndirilməsi işinin təşkilinə də diqqət ayırmışdır. Bu eyni zamanda Konqoda qadın hüquqlarının daha yaxşı müdafiəsini təmin etməyə imkan vermişdir. Çünki Konqo Respublikasında ən son Afrobarometr sorğusunun nəticələrinə görə, təxminən hər 10 nəfərdən dördü qızlara və qadınlara qarşı zorakılığın onların icmalarında yayğın olduğunu bildirmişdir. Yarıdan çoxu isə kişinin arvadını tərbiyə etmək üçün fiziki güc tətbiq etməsinə haqq qazandırdığına inandığınl ifadə etmişdir.Violences faites aux femmes au Congo : Une réalité persistante et une tolérance continue – Afrobarometer Bununla belə "Qadınlar-Kaymanlar" təşkilatının üzvlərinin sayı heç 300-ü keçə bilməmişdi. 1960-cı illərdə Brazzavil şəhərində "Qadınlar-Kaymanlar" təşkilatının üzvlərinin sayı cəmi 250 nəfər idi.Florence Bernault. Démocraties ambiguës en Afrique centrale: Congo-Brazzaville, Gabon, 1940-1965. — KARTHALA Editions, 1996-01-01.
Həmçinin bax
Rus qadın faşist hərəkatı Anqola qadınları təşkilatı
İstinadlar