Böyük Britaniya kinematoqrafı — həmişə Avropa kinosunun qalan hissəsindən bir qədər fərqli olub. Kinematoqrafıyayın yayıldığı dövrdə Böyük Britaniyada dünya şöhrətli aktyor məktəbi və əhəmiyyətli mədəni ənənələr mövcud idi.
Tarixi
Dünyanın ilk hərəkətli kinosu 1888-ci ildə Lui Leprens tərəfindən çəkilmişdir. Britaniyada 35 mm-lik kameranı yaradan və istifadə edən ilk insanlar Robert V. Paul və Birt Akers idi. Onlar 1895-ci ildə ilk İngilis qısametrajlı kino "The Incident at Clovelly Cottage" filmini çəkmişdilər.
Lümyer qardaşları öz filmlərini ilk dəfə 1896-cı ildə Londona gətirdilər. 1898-ci ildə amerikalı prodüser Çarlz Urban Londonda yerləşən Uorvik Ticarət şirkətini genişləndirərək Britaniya filmləri, əsasən də sənədli və xəbərlər tipli filmlər istehsal edirdi.
Ən erkən Britaniya filmləri gündəlik hadisələrdən bəhs etsə də, XX-ci əsrin əvvəllərində povest xarakterli qısametrajlı filmlər, əsasən komediya və melodramlar yarandı. Sonralar Şekspirin pyesləri və Dikkensin romanları əsasən filmlər çəkilməyə başladı.
Britaniya kinosunun tarixi çox vaxt Birləşmiş Ştatlarla rəqabət aparmaq cəhdlərindən təsirlənib. Alfred Hiçkok, Kristofer Nolan və Ridley Scott kimi ingilis kinorejissorları,https://web.archive.org/web/20180926203802/http://www.screenonline.org.uk/people/id/462413/index.html Çarli Çaplin və Keri Qrant kimi ingilis ifaçıları, ilk növbədə ABŞ-dakı işləri sayəsində uğur qazandılar.
Müharibədən sonrakı dövr Müharibədən sonrakı dövrdə ingilis kinosu iki istiqamətdə inkişaf edirdi:
Klassik ingilis kinosu. Bu tarixi və klassik mövzularda filmlərdir. Bu dövrə Alexander Korda, David Lean həmçinin Lorens Olivye kimi rejissor və aktyorlarin filmləri daxildir. Absurd Britaniya kinosu. Əsasən Alfred Hiçkokun filmləri. Bu tipli filmlərdə dəhşət və istehza birləşdirildi və qara yumor meydana çıxdı. Absurd komediyalar ingilis kinosunun xüsusi fenomeninə çevrilib - həyatda baş verməyən situasiyalar üzərində qurulub.
Kommersiya ingilis kinosu Keçən əsrin 50-ci illərin sonu və 60-cı illərin əvvəllərində Aqata Kristinin Erkül Puaro və Miss Marpl haqqında əsərlərinin və Ceyms Bond haqqında məşhur filmlər da daxil olmaqla, detektiv janrına əsaslanan kommersiya ingilis kinosu xüsusi əhəmiyyət kəsb edirdi. İngilis kommersiya kinosunun ən məşhur nümayəndəsi uydurma personaj Ceyms Bonddur.
Ceyms Bond rolunu ifa edən aktyorlar:
Şon Konneri — (1962—1967, 1971) Corc Lazenbi — (1969) Rocer Mur — (1973—1985) Timoti Dalton — (1987—1989) Pirs Brosnan — (1995—2002) Deniel Kreyq — (2006—2019)
Yeni dalğa (1955-1964) İngilis kinosunun yeni dalğası. Bu, əsasən, “qəzəbli” qrup tərəfindən irəli sürülmüş sənət nəzəriyyəsi tərəfindən dəstəklənirdi. Belə filmləri çəkən rejissorlar ingilis həyatına tənqidi realizm mövqeyindən baxmağa çalışırlar və İngiltərənin keçmişi yox, müasir həyatı ilə maraqlanırlar.
2000-ci illər
XXI-ci əsrin ilk onilliyi Britaniya kino sənayesi üçün nisbətən uğurlu olmuşdur. Bir çox Britaniya filmləri BBC Films, Film 4 və UK Film Council-ın maliyyələşdirməsi sayəsində geniş beynəlxalq auditoriya tapdı. Bəzi müstəqil kino istehsal şirkətləri Amerika studiyaları ilə maliyyələşdirmə və yayım müqavilələri imzaladı. Kino sənayesi Britaniya iqtisadiyyatı üçün mühüm gəlir mənbəyi olaraq qalır.
İstinadlar
Xarici keçidlər British Film Institute British Academy of Film and Television Arts (BAFTA) Britmovie|Home of British Films Michael Powell & Emeric Pressburger British Cinema in the 50's and 60's
Kateqoriya:Birləşmiş Krallıq kinematoqrafı Kateqoriya:Birləşmiş Krallığın mədəniyyət tarixi