Plants vs. Zombies 3: Welcome to Zomburbia (həmçinin sadə şəkildə Plants vs Zombies 3 kimi də tanınır, və ya qısaca PvZ3) — "PopCap Games" tərəfindən inkişaf etdirilmiş və 2024-cü ildə "Electronic Arts" tərəfindən yayımlanmış azad qala müdafiəsi mobil oyunu. "Plants vs. Zombies" qala müdafiəsi oyun seriyasının üçüncü oyunu kimi 17 yanvar 2024-cü ildə "iOS" və "Android" cihazları üçün buraxıldı. Pol Tobin tərəfindən yazılan və 2013-cü ildən "Dark Horse Comics" tərəfindən nəşr olunan "Plants vs Zombies" komiks seriyasının əsas personajlarını özündə birləşdirən franşizadakı ilk oyundur. Oyunda Dr. Zomboss tərəfindən ələ keçirilmiş "Neighborville"ə qayıdan Patris Blazinq dostu Neyt Taymli və əmisi Deyv ilə bitki ordusu ilə birləşərək zombilərə qarşı mübarizə aparır.

Oyun 2019-cu ilin iyulunda məhdud bir alfa testində buraxıldı və 2020-ci ilin fevralında məhdud bölgələrdə yumşaq şəkildə istifadəyə təqdim edildi. Oyun tamamilə yenidən tərtib edildi və Avstraliya və Filippində "Android" üçün yumşaq şəkildə istifadəyə verildi. Oyun 2022-ci ilin aprelində yenidən buraxıldı və 2022-ci ilin oktyabrında başqa bir yumşaq buraxılışı buraxıldı. 17 yanvar 2024-cü ildə EA oyunun dünya miqyasında təqdim olunmasına qədər daha çox bölgədə yumşaq şəkildə istifadəyə veriləcəyini açıqladı.

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:2024-cü ilin videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:2020-ci ilin videooyunları Kateqoriya:2020-ci ilin videooyunları Kateqoriya:Videooyun sikvelləri Kateqoriya:Gözlənilən videooyunlar