İndividualist feminizm və ya fərdiyyətçi feminizm (, həmçinin ifeminizm kimi tanınır) — fərdiyyətçiliyi, şəxsi avtonomiyanı, dövlət tərəfindən qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasını və gender bərabərliyini vurğulayan libertarian feminist hərəkatı.
Ümumi baxış İndividualist feministlər hüquq sistemlərini dəyişdirməyə çalışır ki, cinsi və gender imtiyazları aradan qaldırılsın və bütün fərdlər bərabər hüquqlara sahib olsunlar. Bu yanaşma qadınları öz həyatlarına tam nəzarət etməyə təşviq edir və böyüklərin öz bədənləri ilə bağlı seçimlərinə dövlət müdaxiləsinə qarşı çıxır. İndividualist və ya libertarian feminizm liberal feminizmin bir qolu kimi qruplaşdırılsa da, XXI əsr əsas liberal feminist ideologiyalarından xeyli fərqlənir. Bu cərəyanın tərəfdarlarından Vendi Makelroy və Kritina Hoff Sommers, individualist feminizmi "siyasi" və ya "gender feminizmi" adlandırdıqları anlayışa qarşı qoyurlar.
İnanclar və prinsiplər İndividualist feministlər qadınların avtonomiyasını və seçim azadlığını məhdudlaşdıran cinsi rolları rədd edirlər. Gender rollarının həm qadınları, həm də kişiləri məhdudlaşdırdığını və onların qanunvericiliklə tətbiq edilməsinin zərərli olduğunu bildirirlər. Dövlətin qadınlar naminə müdaxiləsini tənqid edirlər, çünki hökumət qadınlar adından qərarlar verərsə, onların fərdi seçimlərini məhdudlaşdıra bilər.
Katona İnstitutu (ABŞ libertarian beyin mərkəzi) hesab edir ki, kapitalizm qadınlara daha yüksək həyat standartı, daha çox resurslara çıxış, fərdi azadlıqlar və fiziki əməkdən kənar iş imkanları qazandırıb. İndividualist feminizm təbii hüquq nəzəriyyəsinə uyğun gəlir və kişilərlə qadınların hüquqlarının bərabər qorunmasını dəstəkləyir. Onların fikrincə, dövlət nə qadınların, nə də kişilərin maraqlarını bir-birinə üstün tutmamalıdır və şəxsi münasibətlərə, iqtisadi müqavilələrə, əyləncə və media təmsilçiliyinə və ümumiyyətlə, sosial-mədəni sahəyə müdaxilə etməməlidir.
Tənqidlər İndividualist feminizmin tənqidi fərdiyyətçiliyin feminist dəyər kimi istifadəsinə qarşı çıxmaqdan tutmuş, bu cərəyanın effektiv bir feminist fəallıq növü olub-olmamasına dair suallara qədər uzanır. Radikal feminist Ketrin Makkinnon (1995) fərdi seçimin əhəmiyyətini tənqid edərək bildirib ki, qadınlar hələ də istifadə edilir, zorakılığa məruz qalır, alınıb-satılır və susdurulur. O, qara qadınların daha ağır şəraitdə olduğunu xüsusilə vurğulayıb. Feminist Syuzen Braunmiller (1999) isə individualist feminizmin birləşmiş və kollektiv feminist hərəkatlara qarşı olması səbəbilə, bu yanaşmanı "zəifləyən və sağlam olmayan" bir feminist hərəkət kimi dəyərləndirib.
İstinadlar
Ədəbiyyat
One of the first individualist feminist essays, by Ezra Heywood.
Essay including discussion of libertarian feminism.
Kateqoriya:Feminizm nəzəriyyəsi