Simopone — Dorylinae yarımfəsiləsinə aid əsasən ağacda yaşayan qarışqalar cinsi. Bu cins Köhnə Dünyanın tropik bölgələrində geniş yayılmışdır, növlərin əksəriyyəti Madaqaskar və Qara Afrika regionlarında tapılır.

Taksonomiya

Cins ilk dəfə 1891-ci ildə Forel tərəfindən Simopone grandidier nümunəsi əsasında təsvir edilmişdir. Brown (1975) cinsi yenidən nəzərdən keçirmiş və ümumilikdə 13 növ tanımışdır. Növlərin sayı Kutter (1976, 1977) tərəfindən 15-ə, Bolton & Fisher (2012) tərəfindən isə 38-ə qədər artırılmışdır. Bolton & Fisher, Brown (1975) tərəfindən təsvir edilən Afrika növü olan S. conciliatrix-in cinsdəki digər növlərdən o qədər fərqli olduğunu qeyd edərək onu öz monofiletik cinsi olan Vicinopone-a köçürmüşdür.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Asiya həşəratları