Tofiq Qəbul — Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı Tofiq Qəbul 3 noyabr 1957-ci ildə Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuşdur. O, hələ kiçik yaşlarında atasını itirmiş, 1959-cu ildə ailəsi ilə birlikdə Naxçıvana gələrək bütün həyatını bu torpağa bağlamışdır. Tofiq Qəbul orta məktəbi bitirib (1975), indiki Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış (1979), Babək rayonunun Nehrəm, Alagöz-məzrə kəndlərində əmək fəaliyyətinə başlayaraq orta məktəbdə müəllim işləmişdir. Naxçıvan şəhərindəki 10 saylı orta məktəbində çalışmışdır.

Fəaliyyəti Şair 80-ci illərdən respublika mətbuatında və yerli mətbuatda maraqlı bədii nümunələri ilə çıxış edir. Onun "Döndün qövsi-qüzehə" adlı ilk şeir və hekayələr kitabı 2005-ci ildə "Məktəb" nəşriyyatında, "Nuhçıxan Naxçıvan" (2006), "Köksüm altında söz döyünür" (2008), "Qarabağdır Azərbaycan" (2010) və "Son sevgi məktubum" (2012), "Ömür boyda zaman" (2016) şeir və hekayələr kitabları isə "Əcəmi" nəşriyyatında çapdan çıxmışdır. "Şeir özü çınqıdır" şeir və hekayələr kitabı işıq üzü görmüşdür. Tofiq Qəbul 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

İstinadlar

Xarici keçidlər