Miranda Oldhaus-Qrin, (d. 24 iyul, 1947) — Britaniyalı arxeoloq və akademikdir, Dəmir dövrü və keltlər üzərində apardığı tədqiqatları ilə tanınır. 2006–2013-cü illərdə Kardiff Universitetində arxeologiya üzrə professordur. Təxminən 2000-ci ilə qədər o, Miranda Qrin və ya Miranda C. Qrin adından istifadə edirdi.

Həyatı və təhsili O, ilk ali təhsilini Kardiff Universitetində alıb, 1974-cü ildə Ledy Marqaret Holl, Oksfordda magistr dərəcəsini, 1981-ci ildə isə Ze Open Universitetində doktorluq dərəcəsini müdafiə edib.

Akademik fəaliyyəti Oldhaus-Qrin 1993–2006-cı illərdə Nyuportda Uels Universitetində müəllim kimi çalışıb və 1998-ci ildə Arxeologiya professoru vəzifəsinə təyin edilib. O, daha əvvəl Vorsinq və Piterboro muzeylərində, həmçinin Uelsdəki Ze Open Universitetində çalışıb. Oldhaus-Qrin 1979-cu ilin noyabr ayında Londonun Antikvarlar Cəmiyyətinin üzvü seçilib.But no longer appears on the FSA list, and her Cardiff faculty biography describes her as a "former" member. O, 2002-ci ildə Tarixəqədərki cəmiyyətin vitse-prezidenti, daha sonra isə prezidenti olub və 2004-cü ildən etibarən "Kim kimdir" siyahısına daxil edilib. Onun tədqiqat sahələri əsasən Dəmir dövrü və Roma-kelt mədəniyyətini, xüsusilə qal-Roma ikonoqrafiyasını və qurbanvermə ayinlərini əhatə edir. BK universitetləri tərəfindən 2006-cı ilin iyun ayında dərc edilən EurekaUK hesabatında onun Keltlərin anlaşılması ilə bağlı tədqiqatı son 50 ildə dünyanı dəyişən "100 əsas kəşf, inkişaf və ixtira" arasında qeyd edilib. Onun 2018-ci ildə nəşr olunan əsəri Roma Britaniyasındakı dinlərə dair geniş araşdırmanı özündə əks etdirmişdir. Kitab yerli, şərq və hərbi kultlarla əlaqəli epiqrafik və maddi mədəniyyət sübutlarına əsaslanaraq, onların ayinlərini təhlil edir.

Seçilmiş əsərləri

Sussex Archaeological Collections, 1973. A corpus of small cult-objects from the military areas of Roman Britain, British Archaeological Reports, British Series, 1978 Roman Archaeology, Longman, 1984. The Gods of the Celts, Sutton, 1986. The World of the Druids, Thames, 1992. Celtic Myths, British Museum Press, 1993. Celtic Goddesses: Warriors, Virgins and Mothers, British Museum Press, 1995. Exploring the World of the Druids, Thames and Hudson, 1997. Dictionary of Celtic Myth and Legend, Thames and Hudson, 1997. Celtic Art; Symbols and Imagery, Sterling, 1997. "Vessels of Death", Antiquaries Journal 78 (1998): 63–84. Pilgrims in Stone, British Archaeological Reports, International Series, 1999. Dying for the Gods: Human Sacrifice in Iron Age and Roman Europe, Tempus, 2001. The Gods of Roman Britain, Shire Publications, 2003. The Celts, Weiderfeld and Nicolson, 2004. Gwent in Prehistory and Early History, University of Wales Press, 2004. An Archaeology of Images, Routledge, 2004. The Quest for the Shaman: Shape-Shifters, Sorcerers And Spirit Healers of Ancient Europe, Thames & Hudson, 2005 (with Stephen Aldhouse-Green). Boudicca Britannia, Pearson Longman, 2006. Bog Bodies Uncovered, Thames and Hudson, 2015. Sacred Britannia: The Gods and Rituals of Roman Britain, Thames and Hudson, 2018. ISBN 978-0-500-25222-2

İstinadları