Türkiyə Respublikasının vitse-prezidenti (türk. Türkiye Cumhuriyeti Cumhurbaşkanı Yardımcısı) — Türkiyə Böyük Millət Məclisinin sədrindən sonra dövlət protokolunda ikinci ən yüksək vəzifəli şəxs. Prezident kabinetinin üzvüdür.
Vitse-prezident vəzifəsi 2017-ci il aprelin 16-da Türkiyə Konstitusiya dəyişikliyi referendumundan sonra yaradılıb. Bu referendumdan sonra Türkiyə Parlamentli respublikadan Prezident respublikasına çevrilib.
4 iyun 2023-cü il tatixindən Türkiyənin vitse-prezidenti Cevdet Yılmazdır.
Vitse-prezident Prezident tərəfindən vəzifəyə təyin edilir və ya vəzifədən azad edilir.TÜRKİYE CUMHURİYETİ ANAYASASI Prezident bir və ya bir neçə vitse-prezident təyin edə bilər. Türkiyə Prezidenti vəzifəsi hər hansı səbəbdən boş olarsa, yenisi seçilənə qədər ən yaşlı vitse-prezident prezident kimi fəaliyyət göstərir.BİRİNCİ KISIM CUMHURBAŞKANLIĞI MAKAMI
Vitse-prezident millət vəkili seçilmək hüququ olan şəxslər arasından seçilir, əgər deputatdırsa, onun vəzifəsi seçildiyi zaman başa çatır. Milli Təhlükəsizlik Şurasının üzvü və Ali Hərbi Şuranın sədridir.
Tarixi Fuad Oktay 2018-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən birinci vitse-prezident təyin edilib. O, bu vəzifəni 2023-cü ilin iyun ayına qədər icra edib. 4 iyun 2023-cü il tarixindən vitse-prezident Cevdet Yılmazdır. Türkiyə Respublikasının Konstitusiyasının səkkizinci maddəsinə əsasən, icra hakimiyyəti 2017-ci ilə qədər Prezidentə və Nazirlər şurasına məxsus olub, 2017-ci ildən sonra isə səlahiyyət tamamilə Prezidentə verilib.
2017-ci ilin aprelində Türkiyənin Konstitusiyasının 18 maddəsinə əlavə və dəyişikliklər olundu. Hakimiyyət Ədalət və İnkişaf Partiyasının (AK Partiya) və onun qurucularından biri olan prezident Rəcəb Tayyib Ərdoğanın dəstəklədiyi maddəyə dəyişikliklərlə bağlı uzun müddət davam edən müzakirələrdən sonra müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) dəstəyi ilə Türkiyə Böyük Millət Məclisi referendum qərarı qəbul etdi.
Dəyişikliklər paketi hazırkı Parlamentar rejiminin ləğvi və onu Prezident respublikası üsul-idarəsi ilə əvəzlənməsi, Baş nazir vəzifəsinin ləğvi, TBMM millət vəkillərinin sayını 550-dən 600-ə çatdırılması, Hakimlər və Prokurorlar Şurasının strukturunda dəyişikliklərdən ibarət idi.
2017-ci il aprelin 16-da keçirilən Konstitusiya dəyişikliyi referendumu 51,41% səslə qəbul edilib. Dəyişiklikdən sonra icra orqanı olan Baş nazirlik ləğv edilib və yerinə vitse-prezident vəzifəsi yaradılıb.
Əvvəllər baş nazirin müavini vitse-prezident kimi Milli Təhlükəsizlik Şurasının üzvü idi. Baş nazir müavinlərinin öz tabe təşkilatları var idi. Bu təşkilatlar adətən hökumət qurulduqdan sonra baş nazir və baş nazirin müavinləri arasında vəzifələrin bölüşdürülməsi ilə müəyyən edilirdi.
Türkiyənin siyasi tarixində 44 baş nazirin müavini olub.
Konstitusiya şərtləri Vitse-prezidentlər TBMM üzvü seçilmək hüququ olan insanlar arasından Prezident tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Vəzifələrinə başlamazdan əvvəl 81-ci maddədə göstərildiyi kimi Türkiyə Böyük Millət Məclisi qarşısında and içirlər. TBMM üzvləri vitse-prezident vəzifəsinə təyin olunduqları zaman TBMM deputatı olmaqdan çıxırlar."T. C. CUMHURBAŞKANLIĞI : Görev ve Yetkiler".
Türkiyə konstitusiyasında vitse-prezident olmaq üçün şərtlər:
Prezident seçildikdən sonra bir və ya bir neçə vitse-prezident təyin edə bilər. Prezident aparatı hər hansı səbəbdən boş olarsa, qırx beş gün müddətində Prezident seçkiləri keçirilir. Vitse-prezident növbəti prezident seçilənə qədər onun səlahiyyətlərini icra edir. Prezident xəstəliyə və ya xaricə səfərə gedəndə öz vəzifələrini yerinə yetirməkdə müvəqqəti olmadığı hallarda, vitse-prezident Respublika Prezidenti kimi çıxış edir və onun səlahiyyətlərini həyata keçirir. Vitse-prezident Türkiyə parlamentinə deputat olmaq hüququna malik olanlar arasından təyin edilir. O, 81-ci maddədə göstərildiyi kimi Türkiyə Böyük Millət Məclisi qarşısında and içir.
Uyğunluğu Türkiyə vətəndaşı 18 yaşdan yuxarı Ali təhsilli olmaq Oğurluq və ya dələduzluq kimi cinayətlərə görə məhkum edilməmək Hərbi xidməti başa vurduqdan sonra (azad olunma üçün əsaslar yoxdursa) Ehtiyatsızlıqdan törədilən cinayətlər istisna olmaqla, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməməyənlər Terror aktına görə məhkum olunmayanlar.
Millət vəkili vəzifəsinə uyğun olmayan hər hansı bir şəxs Türkiyə Respublikasının vitse-prezidenti vəzifəsinə uyğun ola bilməz. Vitse-prezident TBMM-in üzvü olmasa da, qanunvericilik toxunulmazlığı çərçivəsində sayılır.
İcrada rolu Türkiyədə vitse-prezidentlik digər Prezident sistemlərindən bəzi mühüm cəhətlərinə görə fərqlənir. Vitse-prezidentin birbaşa xalq səsverməsi ilə seçildiyi ABŞ kimi digər prezident sistemlərindəki təcrübələrdən fərqli olaraq, Türkiyədə vitse-prezident Prezident tərəfindən təyin edilir. Türkiyədə icra hakimiyyəti daha mərkəzləşdirilmiş struktura malik olduğundan, vitse-prezidentin vəzifə və səlahiyyətləri prezidentin müəyyən etdiyi hədlər daxilində həyata keçirilir. ABŞ-da vitse-prezident həm icra, həm də qanunvericilik proseslərində fəal rol oynadığı halda, Türkiyədə vitse-prezidentin qanunvericilik proseslərindəki rolu məhduddur.
Şəlahiyyət müddəti Vitse-prezidentin səlahiyyət müddəti onu təyin etmiş prezidentin qərarından asılıdır. Vitse-prezidentin müddəti ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Məkanı Hazırda Çankaya Köşkü vitse-prezidentlər tərəfindən ofis kimi istifadə olunur,Atatürk Müze Köşkü halbuki əvvəllər bura Prezident iqamətgahı kimi xidmət edirdi. 2014-cü il avqustun 10-da Ərdoğan, Atatürk Meşə fermasında inşa edilən, Baş nazirlik binası kimi layihələndirilən və 1150-dən çox otağı olan binanın "Prezident Sarayı" olduğunu açıqladı.
Əvvəllər Baş nazir bu malikanədən rəsmi görüşlər zamanı istifadə edirdi.
Baş nazir vəzifəsi ləğv edildikdən sonra, bina 10 iyul 2018-ci il tarixindən etibarən vitse-prezidentin rəsmi iqamətgahı kimi xidmət edir. Bundan əlavə, Türkiyə Respublikasının Prezidenti də həmçinin bu binadan istifadə etməyə davam edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ölkələrinə görə vitse-prezidentlər Kateqoriya:Vitse-prezidentlər Kateqoriya:Türkiyənin dövlət quruluşu Kateqoriya:2018-ci ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyənin dövlət quruluşu Kateqoriya:Türkiyənin dövlət xadimləri Kateqoriya:2017-ci ildə Türkiyədə yarananlar