Əlirza Pənahiyan () — iranlı Şiə ruhani, dini natiqdir. O psixologiya üzrə universitet təhsili alıb. 1986-cı ildən etibarən Qum Elm Hövzəsində təhsil alıb. O, 12 il boyunca Ayətullah Cavad Amuli, Ayətullah Vəhid Xorasani, Ayətullah Seyyid Əli Xamenei kimi dini alimlərin dərslərində iştirak edib. 10 ildən artıq Tehran İncəsənət Universitetində xüsusi fəaliyyəti ilə yanaşı, bir müddət Əmmar siyasi idarəsində qurucu üzv vəzifəsində və həmçinin vitse-prezidentlərdən biri olmuşdur.https://web.archive.org/web/20170226053736/http://ch3.ir/zolalesokhan/index.php?option=com_content&view=article&id=724&Itemid=80

O, əsasən mədəni fəaliyyətlərdə, o cümlədən Tehran İncəsənət Universitetinin Qəyyumlar Şurasının üzvü, Dünya İslam Elmləri Mərkəzinin Mədəniyyət üzrə müavini vəzifəsində çalışıb.

Həyatı Əlirza Pənahiyan 1965-ci ildə Tehranda doğulub. Atasının vaiz olması onun erkən yaşda dini təhsilə başlamasına təsir edib. O Şəhid Mütəhhərinin əsərlərindən müxtəlif səviyyələrdə dərslər verib. On ildən artıq müddətdə Tehran İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərib və bu universitetin formalaşmasına töhfələr verib.

O, 2013-cü ildə Tehranda Darul-Hikmət adlı elm mərkəzini qurubhttps://taaghche.com/author/%D8%B9%D9%84%DB%8C%D8%B1%D8%B6%D8%A7-%D9%BE%D9%86%D8%A7%D9%87%DB%8C%D8%A7%D9%86 ? və hal-hazırda bu mərkəzin rəhbərlik vəzifəsini yerinə yetirir.

"Necə kamil namaz qılaq? əsəri" Onun "Necə kamil namaz qılaq?" adlı əsəri İmam Rzanın (ə) müqəddəs hərəmində etdiyi silsilə söhbətlərdən toplanmışdır. Bu kitab namaz haqqında düşüncələri və namaza baxışı tamamilə dəyişəcək məzmun daşıyır. Namaz qılanlar üçün namazlarını daha da gözəlləşdirmək və kamilləşdirmək, namaz qılmayanlar üçün isə namazı sevdirmək məqsədi daşıyan dəyərli bir əsərdir.https://kitaboxu.com/nece-kamil-namaz-qilaq-2/

300px|thumb|right|Əlirza Pənahiyan fevralın 12-də baş verən hadisə ilə əlaqədar Qəsri-Şirində dini nümayəndə heyətlərinin toplantısında çıxışı

İslama baxışı Əlirza Pənahiyanın fikrincə, dindarlıq daxili ehtiras və xoşbəxtliklə yanaşı müşayiət olunmalıdır. O, həmçinin, Qiyamət, İmam Mehdi (ə), ailə və uşaq tərbiyəsi, şiəliyin yayılması mövzularında geniş xütbələr edir.

Əlirza Pənahiyan sosial şəbəkələrdə Əlirza Pənahiyanın müxtəlif dillərdə, o cümlədən ingilis və türk dillərində çıxışları, xütbə və mühazirələrini YouTube platformasında da mövcuddur.https://youtube.com/@panahianturkish?si=WRlaWyNhcT4Luk8Q

Əsərləri Əlirza Pənahiyan, dini və mənəvi mövzularda bir sıra əsərlərin müəllifidir. Onun əsərləri, oxuculara dini və mənəvi mövzularda dərin anlayışlar təqdim edərək, onların mənəvi inkişafına töhfə verməyi hədəfləyir.

"Allahın ayı" kitabı "Allahın ayı" kitabı, Ramazan ayının fəzilətləri və bu ayda ibadətlərin əhəmiyyəti haqqında dərin təhlillərdən ibarətdir. Əsər, orucun mənəvi təsirləri və Ramazan ayının xüsusi ibadətləri barədə məlumat verir.

"Gizli təkəbbür" kitabı Müəllif bu əsərdə, insanın daxili təkəbbür hissindən necə qurtulacağını və təvazökarlığı necə əldə edəcəyini izah edir. Kitab, əxlaqi təmizlənmə və nəfsin islahı mövzusunda praktiki məsləhətlər təqdim edir.

"Necə kamil namaz qılaq?" kitabı Bu kitab, namazın mənəvi dərinliklərini və onun insan həyatına təsirini izah edir. Əsər, İmam Rzanın (ə) müqəddəs hərəmində keçirilən silsilə söhbətlərdən toplanmışdır və oxucuların namaza baxışını dəyişdirməyi hədəfləyir.

Həmçinin bax Seyid Abdullah Fatiminiya

İstinadlar

Kateqoriya:İranlı şiə din xadimləri