Gyubin (; ) — Cənubi Koreya müğənnisi, mahnı yazarı. O, 2020-ci ildə "KBS2" telekanalının efirində yayımlanan "" proqramında iştirak edən ən gənc müğənni olub. 2023-cü ildə o, rəsmi debütünü etməzdən öncə "Scribble" və "Start To Shine" adlı iki mahnı çıxarıb. Onun ilk mahnısı 17 yanvar 2024-cü ildə yayımlanan "Really Like You" olmuşdur. Sayca ikinci sinqlı "Satellite" 26 iyun 2024-cü ildə çıxıb.
Fəaliyyəti Debütündən əvvəl O, 2-ci sinifdən 6-ci sinfə qədər YouTube-dakı "Singer Bin" adlı kanalına videolar yükləyirdi. Onun kiçik bacısı ilə Red Velvet-in "" mahnısı üçün etdiyi kaver ifa videosu 1 milyondan çox baxış toplayıb. Bu xüsusda Gyubin bildirib ki, həmin videonu görən bir çox şirkət onunla işbirliyi üçün əlaqə saxlayıb.
Gyubin 2020-ci ildə "KBS" kanalında efirə girən "Top 10 Student" proqramına iştirakçı qismində qatılmışdır. O, həmçinin 2022-ci ildə "Shinhwa WDJ" konsertlərində qonaq olub. 2023-cü ildə YouTube-da "Veiled Musician" dinləmə proqramında "Hannam-dong Heo-dang" olaraq iştirak etdi. Həmin il o, debüt öncəsi iki ədəd sinql buraxıb: reper ilə "Scribble" və ilə "Start To Shine".
2024–hal-hazırda: Debüt, əməkdaşlıqlar, ilk minialbom Gyubin 17 yanvar 2024-cü ildə "Really Like You" adlı rəqəmsal sinqlı ilə rəsmi debütünü etdi. Mahnının musiqi videosu Tailandın Pxuket şəhərində lentə alınmışdı. Mahnı Billboard-un "2024-cü ilin Ən Yaxşı 20 K-Pop Mahnısı" siyahısında 15-ci yerdə qərarlaşmışdır. O, həmin mahnısını Koreyanın "Music Bank" şousunda gitarası ilə canlı olaraq ifa edərək tanıtmışdır. Mahnsının "bahar" versiyasını 1 aprel tarixində yayımlayıb. Aprelin 25-də Gyubin ilə bir araya gəlmiş və ikisi bu əməkdaşlıq çərçivəsində "Special" adlı rəqəmsal sinqlı, eyni zamanda mahnının sözlərini əks etdirən musiqi videosunu buraxmışdırlar. İyunun 26-da o, sayca üçüncü rəqəmsal sinqlı olan "Satellite"ı təqdim edib. "" bu mahnını yay mövsümündə diqqət yetirilməli ən yaxşı K-Pop mahnılarından biri kimi vurğulayıb. 5 fevral 2025-ci ildə sənətçinin leyblı olan Liveworks elan etdi ki, Gyubin "Flowering" adlı debüt minialbomunu fevralın 26-da buraxacaq.
Diskoqrafiya Minialbomlar + Buraxılış ili, seçilmiş çart mövqeləri və albomun adını göstərən sinqlların siyahısı Ad Detallar Pik çart mövqeləri Satışlar KOR Flowering Buraxılıb: 26 fevral 2025 Leybl: Liveworks Format: colspan="2" Sinqllar + Buraxılış ili, seçilmiş çart mövqeləri və albomun adını göstərən sinqlların siyahısı Ad İl Pik çart mövqeləri Albom KOR "Scribble" (낙서) 2023 — rowspan="6" "Start to Shine" — "Really Like You" 2024 — "Really Like You" (Bahar versiyası) — "Special" — "Satellite" — "Like U 100" 2025 Flowering
Videoqrafiya Musiqi videoları Ad İl Rejissor "Scribble" 2023 Kwon Ae-jin (MonoTree) "Start to Shine" "Really Like You" 2024 Shim Jihyoung "Really Like You" (İngiliscə versiya) "Special" "Satellite" Park Sangwon "Satellite" (İngiliscə versiya) "Like U 100" 2025 Zanybros
Filmoqrafiya İl Ad Rol Qeydlər 2020 Top 10 Student İştirakçı 2024 King of Masked Singer İştirakçı Epizod 2222-ci raundda mübarizədən kənarlaşdırıldı
Aldığı mükafatlar Mükafat İl Kateqoriya İş Nəticə Korea Best Brand Awards 2024 Solo Vocal Popularity Award Gyubin
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Cənubi Koreya müğənniləri