Prezident Kompleksi (Cumhurbaşkanlığı Külliyesi) — Türkiyə Respublikasının Prezidentinin rəsmi iqamətgahı. Kompleks Ankaranın Beştəpə məhəlləsində, Atatürk Meşə Təsərrüfatının içərisində yerləşir. Prezident Kompleksini Prezident Sarayı və ya Beştepe Sarayı da adlandırırlar.https://web.archive.org/web/20150709011807/http://www.ntv.com.tr/turkiye/saray-resmen-kulliye-oldu,TtOt9LMaDU2jgVcy2IfUMw

Prezident Kompleksinin rəsmi açılışı 29 oktyabr 2014-cü ildə Cümhuriyyət bayramı günü Rəcəb Tayyib Ərdoğan tərəfindən olmuşdur. Prezidentin rəsmi iqamətgahı kompleksinə Prezident Sarayı, Milli Məscid, Milli Kitabxana və 15 İyul Şəhidləri Abidəsi daxildir. Kampus istifadəyə veriləndə onun adı "Prezident sarayı" olaraq elan edilmişdir. Daha sonra, 2015-ci ilin iyul ayında şəhərcik rəsmi olaraq "Prezident Kompleksi" adlandırıldı.

Tarixi 2011-ci ildə Atatürk Meşə Fermasını “Təbii və Tarixi Mühafizə Ərazisi” statusu 1-ci dərəcədən 3-cü dərəcəyə endirildi və “Tarixi Yer” statusu ləğv edildi. Həmin ildə çıxarılan fərman qanunu ilə Nazirlər Kabinetinin təyin edəcəyi dövlət xidmətlərində istifadə üçün torpaqların bir hissəsini və ya hamısını pulsuz olaraq xəzinəyə köçürmək mümkün oldu.https://web.archive.org/web/20141112121149/http://www.diken.com.tr/9-soruda-ak-saray-2/

2012-ci ildə Nazirlər Şurası Qazi Kampusunun ərazisini Baş Nazirlik Xidmət Binasının tikintisi üçün "Şəhərsalma və İnkişaf Layihə Sahəsi" elan etdi. Daha sonra Ankara Böyükşəhər Bələdiyyəsi, Ekologiya və Şəhərsalma Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, TOKİ, Meşə Təsərrüfatı Baş İdarəsi və Mədəni və Təbii İrsi Qoruma Şurasının əməkdaşlığı ilə “Ağ Saray” adlandırılan Prezident Kompleksinin tikintisinə başlanılıb.

Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə prezident seçildikdən sonra kampus prezidentliyə ayrıldı. 2015-ci ilin iyul ayında kampusun adı dəyişdirilərək “Prezident Kompleksi” adlandırıldı.https://web.archive.org/web/20150705093543/https://www.internethaber.com/ak-sarayin-ismi-degisiyor-iste-ak-sarayin-yeni-ismi-756684h.htm

Kompleksdəki binalar thumb|Beştepe Milli Məscidi thumb|küçükresim|Prezident Milli Kitabxanası thumb|küçükresim|upright=0.45|15 iyul Şəhidlər abidəsi Prezident sarayı

Məlumata görə, saray əvvəlcə ölkənin baş nazirləri üçün yeni qərargah kimi nəzərdə tutulub. Lakin Rəcəb Tayyib Ərdoğan 2014-cü il avqustun 10-da prezident seçildikdən sonra binanın prezidentliyə ayrılacağı açıqlandı.https://web.archive.org/web/20170907033235/http://www.cumhuriyet.com.tr/haber/turkiye/114079/KOSK_e_degil_yeni__saray_a_tasiniyor.htmlhttps://web.archive.org/web/20140913150740/http://www.sabah.com.tr/Gundem/2014/09/13/29-ekim-resepsiyonu-yeni-cumhurbaskanligi-sarayinda

Çankaya köşkü ölkə qurulandan bəri prezidentlər üçün simvolik bir mərkəz olduğu üçün bu hadisə tarixi bir dəyişiklik kimi qiymətləndirildi. 2014-cü ilin noyabr ayında binaların dəyəri 1.370.000.000 türk lirəsi (təxminən 612,7 milyon dollar) olaraq açıqlanmışdır.https://web.archive.org/web/20201202200622/https://www.hurriyet.com.tr/ekonomi/saray-ucak-1-8-milyar-tl-27519229

Beştepe Milli Məscidi Prezident Kompleksi daxilində yerləşən məscid 2015-ci il iyulun 3-də Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ibadət üçün açılıb. Məscidin təxminən 3 min nəfər üçün ibadət yeri var. Məscidin perimetri və əhatə etdiyi ərazi ümumilikdə 5 min 177 kv.m-dir. 4 minarə var və hər minarənin hündürlüyü 59,30 m. Türk və Osmanlı memarlığını əks etdirir.https://web.archive.org/web/20170905232541/http://www.takvim.com.tr/galeri/turkiye/iste-bestepe-millet-camiinin-bitmis-halihttps://web.archive.org/web/20170905232609/https://www.tccb.gov.tr/haberler/410/32841/bestepe-millet-camii-ibadete-acildi.htmlhttps://web.archive.org/web/20170905230707/http://www.karar.com/gundem-haberleri/iste-bestepe-millet-camiinin-sifrelerihttps://web.archive.org/web/20170905232947/http://www.mynet.com/haber/guncel/cumhurbaskani-erdogan-bestepe-millet-camiini-acti-1907880-1

Prezident Milli Kitabxanası

Prezident Kompleksində yerləşən Prezident Milli Kitabxanası Türkiyənin ən böyük kitabxanasıdır və 20 fevral 2020-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açılmışdır.https://web.archive.org/web/20200306080821/https://www.tccb.gov.tr/haberler/410/116738/cumhurbaskani-erdogan-cumhurbaskanligi-millet-kutuphanesi-nin-acilisini-gerceklestirdi Əhalinin istifadəsinə verilən bu kitabxanada 5 milyon cild kitabın olacağı bildirilir.https://web.archive.org/web/20171003234050/http://www.hurriyet.com.tr/iste-bestepe-kutuphanesi-40598825

Prezident İqamətgahı Kompleksin daxilində yerləşən Prezident İqamətgahı Türkiyə Prezidentinin yaşadığı binadır.https://web.archive.org/web/20211025192201/https://t24.com.tr/haber/cumhurbaskanligi-sarayi-kompleksinin-havadan-cekilmis-fotograflari-yayinlandi,341869 Bina tamamlanmamışdan əvvəl prezidentlər Çankaya Köşkündən iqamətgah kimi istifadə edirdilər.

15 iyul Şəhidlər abidəsi Prezident kompleksində yerləşən abidə Ankara Böyükşəhər Bələdiyyəsi tərəfindən 15 iyul dövlət çevrilişinə cəhdin simvolu olaraq tikilib. Abidə 16 iyul 2017-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılmışdır.https://web.archive.org/web/20170831230601/http://www.ensonhaber.com/galeri/15-temmuz-sehitler-abidesi-aniti

Abidənin hündürlüyü 31 m, ümumi sahəsi isə 2500 kv.m-dir. 4 hissədən ibarətdir: Tək Bayraq, Tək Dövlət, Tək Millət və Tək Vətən. Tək bayraq bölməsində Türkiyə bayrağının mərmər aplikasiyası yer alıb. Tək Dövlət bölməsində Türkiyə Prezident Forsu və Türk dövlətlərinin ulduzları var. Tək Millət bölməsində Türkiyə İstiqlaliyyət müharibəsini əks etdirən insan siluetləri var. Tək Vətən bölməsində Türkiyə xəritəsi və Türkiyənin 81 vilayətinin adı yer alıb.

Abidənin düz üstündə aypara və ulduz daşıyan 7 insan fiquru var. İnsanlar iyulun 15-də küçələrə çıxan vətəndaşları, 7-si isə Türkiyənin 7 coğrafi bölgəsini təmsil edir.https://web.archive.org/web/20170831231517/http://www.hurriyet.com.tr/cumhurbaskanligi-15-temmuz-sehitler-abidesinin-mimari-bilgilerini-paylasti-40515855

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ankara tikililəri Kateqoriya:2014-cü ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyə sarayları Kateqoriya:Prezident sarayları Kateqoriya:Rəsmi iqamətgahlar