Qarabaşlı cənnət balıqcılı/suquzğunu (Tanysiptera nigriceps) - “Halcyoninae” yarımfəsiləsinə (Ağac balıqcılı) aid bir quş növü. Yeni Qvineyanın şərqindəki Bismark arxipelaqının bir neçə adasına endemikdir. Bütün qarabaşlı cənnət balıqcıllarının qırmızı dimdiyi və uzun fərqli quyruq lələkləri olan rəngarəng lələk örtüyü var.
Təsvir
Qarabaşlı cənnət suquzğununun quyruq lələkləri də daxil olmaqla ümumi uzunluğu 35-48 sm və çəkisi 43-74 q arasında dəyişir. Cinslər eynidir. Nominal (bax: Beynəlxalq Zooloji Nomenklatura Kodu) irqin yetkin fərdinin qara başı, boynu, qulaq tükləri və kürək sümükləri var (bax: Quş terminlərinin lüğəti). Mantiya, sağrı və iki mərkəzi quyruq tükü ağdır. Qanadlar və xarici quyruq tükləri mavidir. Alt hissələr solğun sarımtıl buff rəngindədir. Dimdik və ayaqlar narıncıdır. "T. s. leucura" yarımnövü tamamilə yalnız ağ quyruq tüklərinə sahib olması ilə fərqlənir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1877-ci ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər