Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) (ukr: Тимур Фіруддінович Ткаченко) doğum tarixi: 18 avqust 1989-cu il, doğum yeri: Kiyev, Ukrayna SSR, SSRİ) — Azərbaycan əsilli Ukrayna dövlət xadimi, Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri (22 iyul 2026-cı ildən), Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri (31 dekabr 2024 — 16 iyul 2026), Ukraynanın İcmaların və Ərazilərin İnkişafı nazirinin keçmiş müavini (27.09.2024-cü il — 31 dekabr 2024-cü ilə qədər), "Ukrpoçt" təşkilatının Müşahidə Şurasının sədri, (25.11.2024-cü il tarixindən indiyə qədər), Ukrayna Strateji Sənaye Məsələləri nazirinin keçmiş müavini (15.08.2023 — 10.09.2024), Kiyev şəhər Dövlət Administrasiyasının (KGGA) Icra Orqanının şəhər Abadlaşdırma Departamentinin keçmiş direktoru.

Həyatı Teymur Tkaçenko (Məmmədov) 18 avqust 1989-cu ildə Kiyevdə anadan olub. Əslən Azərbaycan Respublikasının Şəmkir şəhərindən olan və 2023-cü ildə vəfat etmiş atası Firudin Məmmədov Ukraynadakı Azərbaycan diasporunun fəal üzvlərindən biri olub.

Təhsili Teymur Tkaçenko 2013-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetini "beynəlxalq iqtisadiyyat" ixtisası üzrə bitirib və iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

O, 2019-cu ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə ikinci ali təhsil alıb.

Əmək fəaliyyəti O, 2012-ci ilin yanvar-fevral aylarında "Солом'янка-Сервіс" kommersiya müəssisəsində birinci dərəcəli mütəxəssis vəzifəsində çalışıb.

O, 2012–2014-cü illərdə Ukrayna Ali Radasının VII çağırış deputatının "Udar" Partiyasından köməkçisi olub.

O, 2014-cü ilin yanvar-mart aylarında "Зовнішторгвидав України" dövlət müəssisəsində məsul katib vəzifəsində çalışıb.

O, 2015–2016-cı illərdə "Київблагоустрій" kommersiya müəssisəsində şöbə müdiri vəzifəsində işləyib.

2016–2017-ci illərdə o, sahil infrastrukturuna yatırımlara cavabdeh olan "Pleso" kommersiya müəssisəsinə rəhbərlik edib.

T. Tkaçenko 2018-ci ildə Qolosivski rayon Dövlət İdarəsinin aparatına rəhbərlik edib.

2019-cu ildə o Darnitskaya rayon Dövlət İdarəsinin sədrinin müavini, 2020-ci ildən isə Kiyev şəhər Dövlət Administrasiyasının Şəhər Abadlaşdırma Departamenti direktorunun birinci müavini vəzifəsində çalışıb.

2023-cü ilin avqustunda Ukrayna Prezidentinin Fərmanı ilə o, Ukraynanın Strateji Sənaye Məsələləri nazirinin müavini, 2024-cü ilin sentyabrında Ukraynanın İcmaların və Ərazilərin İnkişafı nazirinin müavini vəzifələrinə təyin edilib.

Ukrayna Prezidentinin 31 dekabr 2024-cü il tarixli Fərmanı ilə Teymur Tkaçenko Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib.

2026-cı ilin iyulunda Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi vəzifəsindən azad olunub.

2026-cı ilin iyulunda Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub.

İctimai fəaliyyəti Teymur Tkachenko 2017-ci ildə təsis edilmiş "Friendly People" xeyriyyə cəmiyyətinin həmtəsisçisi olub.

İstinadlar