Reyçel Bendayan (d. 10 may, 1980) - Kanadalı siyasətçidir və 20 dekabr 2024-cü ildən bəri Rəsmi Dillər Naziri və İctimai Təhlükəsizlik üzrə köməkçi nazir vəzifəsində çalışır. Liberal Partiyanın üzvü olan Bendayan, 25 fevral 2019-cu ildə keçirilən əlavə seçkidə Outremont dairəsindən Kanada Parlamentinin üzvü seçilmişdir. Siyasətə qoşulmazdan əvvəl vəkil kimi fəaliyyət göstərmişdir. 2015-ci il federal seçkilərində Outremont dairəsində namizəd olmuş, lakin Rəsmi Müxalifət lideri və Yeni Demokrat Partiyasının sədri Tomas Mulkerə uduzaraq ikinci yeri tutmuşdur. Mulkerin parlament üzvlüyündən istefa verməsindən sonra 2019-cu ilin fevralında keçirilən əlavə seçkidə qalib gələrək dairəni Liberal Partiya üçün qazandı.Annabelle Olivier, "Liberal Party’s Rachel Bendayan wins federal byelection in Outremont" . Global News, 25 fevral, 2019.
Daha sonra 2019-cu ilin oktyabrında keçirilən ümumi seçkilərdə və 2021-ci ildə yenidən seçilmişdir.
Həyatı Bendayan Mərakeşli yəhudi ailəsində anadan olub və böyüyüb.Canada : Rachel Bendayan remporte la circonscription d'Outremont . CCME MakGill Universitetində hüquq təhsili alıb və 2007-ci ildə məzun olaraq kommersiya məhkəmə çəkişmələri və beynəlxalq arbitraj sahəsində ixtisaslaşıb. Məzun olduqdan sonra Norton Rouz Fulbrayt hüquq firmasına işə qəbul olunub "Liberal candidate launches Outremont byelection bid" . Canadian Jewish News, 27 yanvar, 2019. və eyni zamanda Monreal Universitetinin Hüquq Fakültəsində dərs deyir.
Siyasi karyerası Kanada Liberal Partiyasının üzvü olan Bendayan 2015-ci il federal seçkilərində ilk dəfə Outremont dairəsindən namizədliyini irəli sürüb və Rəsmi Müxalifət lideri Tomas Mulkerə qarşı mübarizə aparıb. Səslərin 33,4%-ni toplayaraq ikinci yeri tutub. Seçkilərdən sonra Kiçik Biznes və Turizm Naziri Bardiş Çaggerin aparat rəhbəri vəzifəsinə təyin olunub.
Tomas Mulker 2018-ci ilin iyununda siyasətdən ayrıldıqdan sonra, Bendayan növbəti seçkilərdə Liberal Partiyanın namizədi olmaq niyyətini açıqladı. 2018-ci ilin dekabrında seçki dairəsinin üzvlərinin səsverməsi nəticəsində müəllim və aktivist Kim Manningə qarşı namizəd seçildi. 25 fevral 2019-cu ildə keçirilən əlavə seçkilərdə qalib gələrək 40,4% səs topladı və ən yaxın rəqibi, 26.1 % səs toplayan Yeni Demokratik Partiyanın namizədi Xuliya Sançesi 2,161 səs fərqi ilə məğlub etdi.Les libéraux reprennent Outremont, tandis que les conservateurs gardent York–Simcoe . Radio-Canada Bendayan 2019-cu il federal seçkilərində yenidən seçildi, səslərin 46,2%-ni toplayaraq ən yaxın rəqibini 10,829 səs fərqi ilə məğlub etdi.2019 Canada election results: Outremont . Global News Bundan sonra Baş nazir Castin Trüdo onu Kiçik Biznes, İxracın Təşviqi və Beynəlxalq Ticarət Naziri Meri Nqin parlament katibi təyin etdi. 2021-ci il federal seçkilərində üçüncü dəfə seçildi və səslərin 45,4%-ni qazandı. 20 dekabr 2024-cü ildə Rəsmi Dillər Naziri və İctimai Təhlükəsizlik üzrə köməkçi nazir təyin edildi.
Antisemit hücumlar 2021-ci il Kanada federal seçkiləri kampaniyası zamanı Bendayan digər yəhudi Liberal Partiya namizədləri ilə birlikdə antisemit hücumlara məruz qalmışdır.There’s no place for the swastika in Canadian political discourse . Toronto Star
Seçki qeydləri +2019 Kanada federal seçkiləri: OutremontPartiyaNamizədSəslər%±%XərclərLiberalReyçel Bendayan19,14846.19 +5.76$47,498.81Yeni DemokratAndrea Klark8,31920.07 -7.45qeyd olunmayıbKvebek BlokuSelia Qrimar5,74113.85 +2.63$9,862.60YaşılDeniel Qrin5,01812.1 -0.83qeyd olunmayıbMühafizəkarJasmin Luras2,7076.53 +0.39$4,912.03Xalq PartiyasıSabin Levesk3690.89 -0.65qeyd olunmayıbRhinoseros partiyasıMark Con Himstra1550.37qeyd olunmayıbÜmumi etibarlı səslər/xərc limiti41,457100.0$102,446.50Ümumi etibarsız bülletenlər455Seçici fəallığı41,91262.2Səsvermə hüququ olan seçicilər67,842
İstinadlar