Dambulaq — Azərbaycan Respublikasının Laçın rayonunun Şəlvə kənd inzibati ərazi dairəsində kənd.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Mədəniyyəti Kənddə Dambulaq kənd orta məktəbi, uşaq bağçası, mədəniyyət evi və mağaza əhaliyə xidmət göstərirdi.
Coğrafiyası və iqlimi Dambulaq kəndi Laçın rayonunun şimal hissəsində rayon mərkəzindən 72 km-lik bir məsafədə yerləşir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Dambulaq rayonun Hətəmlər, Daşlı, Şəlvə, Kaha, Qorçu, İmanlar, Budaqdərə kəndləri ilə həmsərhəddir.
Əhalisi 2006-cı ilin statistikasına görə kəndin əhalisi 500 nəfər olmuşdur.
Kənd əhalisinin milli tərkibi azərbaycan türkləri olmaqla ümumi sayı 786 nəfər 204 ailədən ibarətdir (01 yanvar 2011-ci il tarixli məlumata əsasən).
Tanınmış şəxsləri
Əhliman Əsgərov Əvəz oğlu — Birinci Qarabağ müharibəsində iştirak etmiş və Başlıbel hadisəsində həlak olmuşdur.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq, əkinçilik, bostançılıq və arıçılıqdan ibarət olmuşdur. Əhalinin istehsal etdiyi əsas məhsullar ət, yağ, pendir, yun, xalça, bal müxtəlif taxıl məhsullarından və tərəvəzlərdən ibarət idi.
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri