Elizabet Cin Elfinstoun Piri (d. 14 sentyabr, 1932 – ö. 1 mart, 2005) – IX əsrə aid Nortumbriya sikkələri üzrə ixtisaslaşmış britaniyalı numizmat və muzey kuratoru idi. O, 1960-cı ildən 1991-ci ilə qədər Lids şəhər muzeyində Arxeologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Karyerası ərzində səkkiz kitab və onlarla elmi məqalə yazmışdır. Kral Numizmatika Cəmiyyətinin üzvü, Yorkşir Numizmatika Cəmiyyətinin prezidenti və London Antikvarlar Cəmiyyətinin üzvü olmuşdur.
Həyatının erkən dövrü Elizabet Piri 14 sentyabr 1932-ci ildə Maltada anadan olmuşdur. Atası Kral Dəniz Donanmasının kapellanı olaraq orada xidmət edirdi. II Dünya Müharibəsi başlamazdan az əvvəl anası ilə birlikdə Britaniyaya qayıtmışdır. Atasının 1953-cü ildə təqaüdə çıxmasına qədər ailə bir neçə dəfə köç etmiş və Piri səkkiz müxtəlif məktəbdə təhsil almışdır. O, Edinburq Universitetində magistr dərəcəsi almış və daha sonra Kembric Universitetində arxeologiya diplomu qazanmışdır. 1952-ci ildən etibarən bir neçə arxeoloji qazıntıda iştirak etmiş və bu fəaliyyətini 1955-ci ilə qədər davam etdirmişdir. 1955-ci ildə Çesterdəki Qrosvenor muzeyində işə başlamışdır.
Fəaliyyəti 1955-ci ildə Piri Qrosvenor muzeyində köməkçi kurator vəzifəsinə təyin olunmuşdur. 1956-cı ildə Çester zərbxanasından olan sikkələrin kolleksiyasını sərgiləmək üçün Dr. Uilloubi Qardnerin kolleksiyası üzərində işləmişdir. 1957-ci ilin mart ayında Meidstoun muzeyində Arxeologiya üzrə köməkçi vəzifəsinə keçmişdir. 1960-cı ildə isə Lids Şəhər Muzeyində Arxeologiya şöbəsinin müdiri olmuş və 1991-ci ildə təqaüdə çıxana qədər bu vəzifəni icra etmişdir. Əsas kitab və elmi məqalələrinin əksəriyyətini bu dövrdə yazmışdır. Lidsdə çalışdığı illər ərzində bir neçə arxeoloji qazıntıya rəhbərlik etmişdir. Bunlardan biri, Filip Mayes ilə birlikdə Barvik-in-Elmet yaxınlığında yerləşən Pottertondakı Sistens keramika sobasının qazıntısı idi.
Piri stika sikkələri üzrə ən nüfuzlu mütəxəssis hesab olunurdu. Onun "Nortumbriya Krallığının Sikkələri" adlı əsəri bu sahədə ən əsas mənbələrdən biri kimi qəbul edilir və mövcud materialların əvəzolunmaz illüstrativ toplusunu təqdim edir.
Həyatının son illəri Piri 1991-ci ildə təqaüdə çıxaraq Edinburqa köçmüş və Marçmont bölgəsində mənzil almışdır. O, yerli kilsədə fəal iştirak etmiş, elmi araşdırmalarını davam etdirmiş və yerli ictimai məsələlərdə fəal olmuşdur. 1 mart 2005-ci ildə vəfat etmiş, 11 martda Mortonholl Krematoriumunda kremasiya edilmişdir.
Fəxri adları və nailiyyətləri
Kral Numizmatika Cəmiyyətinin üzvü, 1957 Yorkşir Numizmatika Cəmiyyətinin vitse-prezidenti və Britaniya Numizmatika Cəmiyyətləri Assosiasiyasının nümayəndəsi, 1968 Yorkşir Numizmatika Cəmiyyətinin prezidenti, 1970 London Antikvarlar Cəmiyyətinin üzvü, 1978
Əsərləri
Kitabları
Məqalələri
'A Coin Certainly of Leicester but with a mint signature of Chester', with R H M Dolley, Numismatic Circular 70.9 'The Repurcussions on Chester's Prosperity of the Viking Descent on Cheshire in 980', with R H M Dolley, British Numismatic Journal 33 'Coins of the Chester Mint', Transactions of the Yorkshire Numismatic Society 2 'A Further Note on Coins from the Bishophill (York) find of 1882', Annual Report of the Yorkshire Philosophical Society (1971) 'Early Norman Coins in the Yorkshire Museum', Annual Report of the Yorkshire Philosophical Society (1972) 'Numismatics and Conservation: a numismatic view', Museums Journal 79.1 'Early Northumbrian coins at auction, 1981', British Numismatic Journal 51 'Coins', in P Mayes & L Butler, Sandal Castle Excavations 1964–73 ' The Ripon Hoard, 1695: Contemporary and Current Interest', British Numismatic Journal 52 'Eanred's Penny: a Northumbrian enigma', The Yorkshire Numismatist 3 'The Bamburgh Hoard of Ninth-Century Northumbrian Coins', Archaeologia Aeliana 33
İstinadlar