thumb|Beats per minute və ya BPM musiqidə tempi təyin etmək üçün istifadə olunan vahiddir.
Beats per minute və ya qısaca BPM () — musiqidə tempi müəyyən etmək üçün istifadə olunan bir vahid. Bir dəqiqə ərzində olan zərbələrin (vuruşların) sayını göstərir.
Bir BPM 1/60 zərbəyə bərabərdir. 60 BPM sürəti olan musiqinin hər bir saniyəsinə bir zərbə düşür. Bir dəqiqə ərzində olan zərbələrin sayını əl və ya ayaqlarla, həmçinin də metronom adlı alətlə müəyyənləşdirmək mümkündür. Bunu bir qədər sadələşdirmək lazım gələrsə, 30 saniyə ərzindəki zərbələrin sayı 2-yə vurulmalıdır.
Yazılmış hər hansısa bir əsərin BPM-ni hesablaya bilən xüsusi proqramlar mövcuddur. Bir treki başqa bir trekə qoşmaq üçün trek keçidləri zamanı və yaxud da trekin arxa fonuna ritm əlavə edilərkən hər iki trekin BPM dəyərləri eyni olmalıdır. Əks təqdirdə isə, ritm və orijinal hissə arasında dəyişikliklər baş verəcək və səslər bir-birlərinə qarışacaqdırlar.
Bəzi musiqi janrlarında dəyərlər Janr: Ən aşağı temp (BPM) — Ən yuxarı temp (BPM)
Big Beat: 110–136
Breakbeat: 100–120
Country: 104–132
Dance: 110–135k
Disco: (88)100–130(143)
Drum'n'Bass: 145–170
Electro: 90–130
Funk: 76–108
Hip Hop: 80–130
House: 110–128
J-Pop: 150–190
Nu R & B: 70–110
Pop: 80–120
Reggae: 65–80
Techno: 130–140
Trance: 130–145
Dubstep: 140–145
İstinadlar
Ədəbiyyat
Əlavə ədəbiyyat siyahısı
Snoman, Rick (2009). The Dance Music Manual: Tools, Toys, and Techniques, 2nd ed. Oxford, UK: Elsevier Press.
Xarici keçidlər
Tempo Terminology, Virginia Tech Department of Music
Kateqoriya:Musiqi terminləri