Yupiter — Günəş sistemində Günəşdən məsafəsinə görə beşinci, böyüklüyünə görə birinci planet. Yupiter Günəşin kütləsinin mində birinə bərabər olsa da, digər planetlərin cəmi kütləsindən 2,5 dəfə çox kütləyə malik qaz nəhəngidir. Yupiter qədim dövrlərdən etibarən astronomlara məlumdur.De Crespigny, Rafe. "Emperor Huan and Emperor Ling" (PDF). Asian studies, Online Publications. Archived from the original (PDF) on September 7, 2006. Retrieved may 1, 2012. Xu Huang apparently complained that the astronomy office had failed to give them proper emphasis to the eclipse and to other portents, including the movement of the planet Jupiter (taisui). At his instigation, Chen Shou/Yuan was summoned and questioned, and it was under this pressure that his advice implicated Liang Ji. Adının mənşəyi Roma mifologiyasında baş tanrı hesab olunan Yupiterdən qaynaqlanır.Stuart Ross Taylor (2001). Solar system evolution: a new perspective : an inquiry into the chemical composition, origin, and evolution of the solar system (2nd, illus., revised ed.). Cambridge University Press. p. 208. ISBN 978-0-521-64130-2. Yupiter Yerdə kölgə yarada biləcək qədər parlaq işığa sahibdir."Young astronomer captures a shadow cast by Jupiter: Bad Astronomy" . Discover Blogs. November 18, 2011. Gecə səmasında Ay və Veneradan sonra parlaqlığına görə üçüncü təbii səma cismidir.

Yupiter əsasən Hidrogendən təşkil olunsa da, kütləsinin dörddə birini Helium təşkil edir. Yupiter digər qaz nəhəngləri kimi qayalıq səthə malik deyildir, ancaq bərk maddələrdən təşkil olunmuş nüvəyə malik olması ehtimal olunur.Saumon, D.; Guillot, T. (2004). "Shock Compression of Deuterium and the Interiors of Jupiter and Saturn". The Astrophysical Journal. 609 (2): 1170–1180. arXiv:astro-ph/0403393. Bibcode:2004ApJ…609.1170S. doi:10.1086/421257. Öz oxu ətrafında sürətlə dövr etməsi səbəbindən planet qütblərdən basıq, ekvatordan qabarıqdır. Planetin xarici atmosferi müşahidəsi mümkün olacaq şəkildə zolaqlara ayrılmış tərkib hissələrindən ibarətdir və bu bölmələrin kəsişmə sərhədlərində qasırğalar müşahidə olunur. Buna nümunə olaraq XVII əsrdən etibarən teleskop tərəfindən müşahidə olunan Böyük qırmızı ləkəni göstərə bilərik. Yupiter onu əhatə edən zəif halqa və güclü maqnitosferə malikdir. Yupiterin məlum olan 115 peyki vardır ki, bunlardan Qalileo peykləri olaraq adlandırılan dördü 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilmişdir. Qalileo peykləri arasında ən böyüyü olan Qanimed ölçüsünə görə Merkuri planetindən daha böyükdür.

Yupiter dəfələrlə kosmik cihazlar tərəfindən müşahidə olunmuşdur. Bunlardan Pioner və Voyacer yaxın uçuş missiyalarını, həmçinin Qalileo və Yuno orbit missiyalarını xüsusilə qeyd etmək olar. 2007-ci ildə Yeni üfüqlər missiyası Plutona gedən yolda sürətini artırmaq və yolunu düzəltmək üçün Yupiterin cazibə qüvvəsindən istifadə etmiş və bu zaman bir daha planeti yaxından müşahidə etmək fürsəti yaranmışdır. Yupiterə göndərilmiş sonuncu missiya olan Yuno planetin orbitinə 4 iyul 2016-cı ildə daxil olmuşdur.Chang, Kenneth (July 5, 2016). "NASA's Juno Spacecraft Enters Jupiter's Orbit" . New York Times.Chang, Kenneth (June 30, 2016). "All Eyes (and Ears) on Jupiter" . New York Times. Gələcəkdə Yupiterə buzla örtülmüş maye okeana sahib olan peyki Avropanı müşahidə etmək üçün yeni missiyanın təşkil olunması nəzərdə tutulub.

Formalaşması və yerdəyişmə thumb|thumbtime=44|upright=1.5|265px|Yupiterin Habbl teleskopu tərəfindən çəkilmiş təsviri. Astronomlar indiyə qədər 500-dək çoxplanetli ulduz sistemi kəşf ediblər. Bu sistemlərdə olan planetlərin əksəriyyəti Super Yer olaraq qruplaşdırılan Yerdən bir neçə dəfə daha böyük olan planetlər və ya ulduzuna Merkuri məsafəsində yaxın olan Yupiter ölçülü qaz nəhəngləridir. Yer və ona yaxın olan planetlərin Super Yer ölçüsündəki planetlərlə toqquşub onları məhv etdikdən sonrakı prosesdə formalaşdığı ehtimal olunur. Böyük meyilləndirmə nəzəriyyəsinə görə, Yupiterin Günəş sisteminin daxili hissələrinə yaxın orbitdə olması səbəbindən bir sıra planetlərə cazibə və itələmə təsiri göstərmiş və toqquşmalara səbəb olmuşdur.Konstantin Batygin (2015). "Jupiter's decisive role in the inner Solar System's early evolution" . Proceedings of the National Academy of Sciences. 112 (14): 4214–4217. arXiv:1503.06945. Bibcode:2015PNAS..112.4214B. doi:10.1073/pnas.1423252112. PMC 4394287. PMID 25831540. Lund Universitetinin tədqiqatçılarının araşdırmalarına görə Yupiterin yerdəyişməsinin səmavi cismin buz asteroidi olaraq formalaşmasından 2–3 milyon il sonra başlamış və 700 min il ərzində davam etmişdir. Yupiterin Günəş sisteminin daxili hissələrinə yaxın orbitdə hərəkəti getdikcə çətinləşdiyi üçün planetin orbiti tədricən spiral şəklində Günəşdən uzaqlaşmışdır. Buna Günəş sisteminin xarici hissələrində yerləşən irihəcmli qaz kütlələrinin cazibə qüvvəsinin səbəb olduğu düşünülür.S. Pirani, A. Johansen, B. Bitsch, A.J. Mustill, D. Turrini (March 22, 2019). "Jupiter's Unknown Journey Revealed" . sciencedaily.com. Yupiterin Günəş sisteminin xarici hissələrinə hərəkəti nəticəsində daxili Günəş sistemində Yer tipli qayalıq planetlərin formalaşmasına imkan yaranmışdır.Illustration by NASA/JPL-Caltech (March 24, 2015). "Observe: Jupiter, Wrecking Ball of Early Solar System" . nationalgeographic.com.

Fiziki xüsusiyyətləri Yupiter əsasən qaz və maye şəklində olan maddələrdən təşkil olunmuşdur. Planet ölçüsünə görə Günəş sistemində birinci yerdədir. Yupiterin ekvatorial diametri 142,984 km-ə bərabərdir. Sahib olduğu 1,326 q/sm3 sıxlığı ilə planet qaz nəhəngləri arasında ikinci yerdə olsa da, qayalıq tipli daxili planetlərdən geri qalır.

Tərkibi Yupiterin üst atmosferini təşkil edən qaz molekullarının təqribən 88–92%-i Hidrogen, 8–12%-i isə Heliumdan təşkil olunmuşdur. Helium atomları kütlə olaraq Hidrogen atomlarından dörd dəfə daha ağır olduğu üçün üst atmosferi təşkil edən qazların kütlə nisbəti müqayisə olunduğu zaman bu faiz dəyişir. Bu kütlə nisbəti ilə götürdüyümüz zaman Yupiterin üst atmosferinin 75%-i Hidrogen, 24%-i Helium, qalan hissəsini isə digər elementlər təşkil edir. Atmosferdə az miqdarda paya sahib olan elementlərə Metan, Su buxarı, Ammonyak və Silisium tərkibli elementləri qeyd etmək olar. Bunlarla yanaşı, Karbon, Etan, Hidrogen Sulfid, Neon, Oksigen, Fosfin və Kükürd izinə də rast gəlinmişdir. Atmosferin ən xarici təbəqəsində donmuş ammonyak kristalları vardır. Üst atmosferin daha aşağı təbəqələri kütləcə ağır olan Hidrogen (71%), Helium (24%) və digər elementlərdən (5%) təşkil olunmuşdur.Gautier, D.; Conrath, B.; Flasar, M.; Hanel, R.; Kunde, V.; Chedin, A.; Scott N. (1981). "The helium abundance of Jupiter from Voyager". Journal of Geophysical Research. 86 (A10): 8713–8720. Bibcode:1981JGR….86.8713G. doi:10.1029/JA086iA10p08713. hdl:2060/19810016480.Kunde, V.G.; et al. (September 10, 2004). "Jupiter's Atmospheric Composition from the Cassini Thermal Infrared Spectroscopy Experiment" . Science. 305 (5690): 1582–86. Bibcode:2004Sci…305.1582K. doi:10.1126/science.1100240. PMID 15319491. İnfraqırmızı və ultrabənövşəyi müşahidələr nəticəsində çox az miqdarda Benzol və Karbohidrogen izləri də tapılmışdır.Kim, S.J.; Caldwell, J.; Rivolo, A.R.; Wagner, R. (1985). "Infrared Polar Brightening on Jupiter III. Spectrometry from the Voyager 1 IRIS Experiment". Icarus. 64 (2): 233–48. Bibcode:1985Icar…64..233K. doi:10.1016/0019–1035(85)90201–5.

Atmosferdəki Hidrogen və Heliumun nisbəti Günəş sisteminin ilkin formalaşması dövründəki nebulanın tərkibi ilə bağlı nəzəriyyədəki göstəriciyə yaxındır. Eyni zamanda, üst atmosfetdəki Neonun miqdarı da Günəşdə olduğu kimi kütləsinə görə hər milyonda 20 nisbətində göstəriciyə sahibdir.Niemann, H.B.; Atreya, S.K.; Carignan, G.R.; Donahue, T.M.; Haberman, J.A.; Harpold, D.N.; Hartle, R.E.; Hunten, D.M.; Kasprzak, W.T.; Mahaffy, P.R.; Owen, T.C.; Spencer, N.W.; Way, S.H. (1996). "The Galileo Probe Mass Spectrometer: Composition of Jupiter's Atmosphere". Science. 272 (5263): 846–849. Bibcode:1996Sci…272..846N. doi:10.1126/science.272.5263.846. PMID 8629016. Üst atmosferdə Heliumun miqdarı Günəşdəki ilə müqayisədə 80% nisbətində daha azdır ki, bu da elementin planetin daxili hissələrinə çəkilməsi ilə bağlıdır.von Zahn, U.; Hunten, D.M.; Lehmacher, G. (1998). "Helium in Jupiter's atmosphere: Results from the Galileo probe Helium Interferometer Experiment". Journal of Geophysical Research. 103 (E10): 22815–22829. Bibcode:1998JGR…10322815V. doi:10.1029/98JE00695.

Spektroskopiya müşahidəsinə əsaslanaraq Yupiter və Saturnun oxşar tərkibə sahib olduğu müəyyən olunmuşdur. Buna baxmayaraq, digər nəhəng planetlər olan Uran və Neptun tərkibcə daha çox buza sahib olduğu üçün buz nəhəngləri olaraq da təsnif olunur.Ingersoll, A.P.; Hammel, H.B.; Spilker, T.R.; Young, R.E. (June 1, 2005). "Outer Planets: The Ice Giants" (PDF). Lunar & Planetary Institute.

Kütlə və Ölçüsü 185px|thumb|left|Günəş, Yupiter, Yer və Ayın ölçülərinin müqayisəli təsviri Yupiterin kütləsi Günəş sistemindəki digər planetlərin cəmi kütləsindən 2,5 dəfə daha çoxdur.MacDougal, Douglas W. (2012). "A Binary System Close to Home: How the Moon and Earth Orbit Each Other". Newton's Gravity. Undergraduate Lecture Notes in Physics. Springer New York. pp. 193–211. doi:10.1007/978-1-4614-5444-1_10. ISBN 978-1-4614-5443-4. the barycenter is 743,000 km from the center of the sun. The Sun's radius is 696,000 km, so it is 47,000 km above the surface. Yupiter Yerdən çox böyükdür, ancaq sıxlığına görə Yerdən geri qalır. Planet həcminə görə Yerdən 1321 dəfə, kütləsinə görə isə 318 dəfə daha böyükdür. Yupiterin radiusu Günəşin radiusunun onda birinə, kütləsi isə mində birinə bərabərdir.Davis, Andrew M.; Turekian, Karl K. (2005). Meteorites, comets, and planets. Treatise on geochemistry. 1. Elsevier. p. 624. ISBN 978-0-08-044720-9. Bu göstəricilərə görə planetin sıxlığı Günəşin sıxlığına yaxındır. Bir Yupiter kütləsi (Mj və MJup) astronomiyada etalon olaraq qəbul olunmuşdur. Bu göstərici ekzoplanetlərin və qəhvəyi cırtdanların kütləsini ifadə etməkdə istifadə olunur. Buna örnək olaraq HD 209458 b ekzoplaneti 0,69 Mj, Kappa Andromeda b qəhvəyi cırtdanı isə 12,8 Mj kütləyə sahibdir.Jean Schneider (2009). "The Extrasolar Planets Encyclopedia: Interactive Catalogue" . Paris Observatory.

Nəzəri modellər göstərir ki, Yupiterin kütləsi daha çox olsa idi planetin həcmi daha az olardı. Bu kütlə 1,6 Mj olacağı halda planet daha yüksək sıxlıq və daha kiçik həcmə sahib olacaqdır ki, bu da Yupiterin tərkib hissələrini təşkil edən elementlərin daha yüksək təzyiqlə üzləşməsinə səbəb olacaqdı.Seager, S.; Kuchner, M.; Hier-Majumder, C.A.; Militzer, B. (2007). "Mass-Radius Relationships for Solid Exoplanets". The Astrophysical Journal. 669 (2): 1279–1297. arXiv:0707.2895. Bibcode:2007ApJ…669.1279S. doi:10.1086/521346. Nəzəri modellər göstərir ki, Yupiter formalaşma ərəfəsində keçmiş olduğu təkamül yolu ilə çata biləcəyi ən yüksək həcm və kütlə balansına nail olmuşdur.How the Universe Works 3. Jupiter: Destroyer or Savior?. Discovery Channel. 2014. Kütlənin artması nəticəsində həcmin kiçilməsi qəhvəyi cırtdanlarda olduğu kimi təqribən 50 Mj kütləyə qədər davam edəcək. Bu kütlənin daha üzərində göstəricidə yaranan sıxlıq termonüvə reaksiyasının başlamasına kifayət edir ki, nəticədə formalaşan səma cismi ulduz olaraq təsnif olunur.Guillot, Tristan (1999). "Interiors of Giant Planets Inside and Outside the Solar System" . Science. 286 (5437): 72–77. Bibcode:1999Sci…286…72G. doi:10.1126/science.286.5437.72. PMID 10506563.