Aloha festivalları ABŞ-ın Havay ştatında hər il keçirilən və yerli Havay ili üçün başlanğıc sayılan Makahiki mərasimlərinə əsaslanan mədəni silsilə bayramlardır. Makahiki dövrü Pleydalar (Makali) ulduz toplusunun görünməsi ilə qeyd olunur. Bu festival ölkənin yeganə ştat səviyyəsində keçirilən mədəni festivalıdır. Festivalın əsas məqamlarına Kral sarayının təqdimatı, Vaykikidə Xolaulea (böyük şənlik) və gül paradı daxildir. Hər il təxminən 30,000 könüllü Aloha festivallarının planlaşdırılması, təşkili və keçirilməsi üçün çalışır. Bu festival vaxtı ştatın hər yerindən və dünyanın müxtəlif ölkələrindən gələn 1,000,000-dən çox insanı əylənmək imkanı əldə edir.
Tarixi
Yaranması Havay mədəniyyəti və irsinin qorunmasını təşviq etmək məqsədilə Aloha festivalları 1946-cı ildə Aloha həftəsi adı ilə yerli Gənc sahibkarlar palatasının keçmiş üzvləri tərəfindən təsis edilmişdir. Festivalın keçmiş meneceri Qoriann Akau bu barədə belə demişdir:
Kiçildilmə prosesi Festival əvvəlcə Havay adalarının altısında qeyd olunurdu. Lakin 2008-ci ildə təşkilatçılar maliyyə çatışmazlığı səbəbilə tədbirlərin əksəriyyətini Oahu adasında keçirmək qərarına gəldilər. Hətta Gül paradının tamamilə ləğv edilməsi təhlükəsi var idi, lakin Honolulu şəhər və şəhərətrafı idarəsinin ayırdığı vəsaitlər və şəxsi donorların dəstəyi ilə bu tədbir xilas edildi. 2020-ci ildə heç bir Aloha Festivalı keçirilmədi, çünki bu, COVID-19 pandemiyasının ilk ili idi və həmin il bir çox tədbirlər ləğv edilmişdi.
Tədbirlər
Kral Sarayının təqdimatı Kral sarayına namizədlər arasından seçim edilir və bütün namizədlər havaylı mənşəli və müəyyən yaş kriteriyalarına uyğun olmalıdırlar. Festivalın açılış mərasimində kral sarayının təqdimatı ilə başlanır. Bu mərasim Vaykikidə, Havay Kral Mərkəzinin yaxınlığında yerləşən Helumoa bölgəsində keçirilir.
Gül Paradı Gül Paradı Ala Moana Bulvarı ilə Kamaki küçəsinin kəsişməsindən başlayır, Vaykiki boyunca davam edir və Kapiolani parkında başa çatır. Paradda pau süvariləri (havaylı ənənəvi süvarilər), yürüş orkestrları, hula məktəbləri (hula halaus) və həmin ilin Aloha festivalının kral sarayı iştirak edir.
Holaulea Holaulea Vaykikidə keçirilən böyük küçə şənliyidir. Burada havay musiqisi, hula rəqsləri və ənənəvi yeməklər təqdim olunur. Tədbirə minlərlə insan qatılır.
Hoʻolauleʻa The Hoʻolauleʻa is a block party held in Waikiki. There is Hawaiian music, hula, and food. Attendance is typically in the thousands.
Mövzular Hər il xüsusi mövzuda keçirilirː
2023: Piliʻaina – torpaqla qohumluq
2022: Aloha ʻAina – torpağa sevgi 2021: Ke Ala I ka ma mua ka wa Mahope – Gələcəyə gedən yol keçmişdən keçir (Yalnız Kral Sarayının virtual təqdimatı keçirildi) 2020: Parad 9/11/20 səbəbindən ləğv edildi. 2019: Nā Mo'olelo ʻUkulele – Ukulele hekayələri 2018: No Ke Kai Kakou E – "Biz dənizin övladlarıyıq" 2017: He Lei Aloha ke Keiki – Uşaqlar sevgi çələngimizdir 2016: Hāli‘a Aloha – "Dəyərli xatirələr" 2015: Hula Aloha – "Sevimli lələk xəzinələri" 2014: Maluhia Honua – Aloha ilə dünya sülhü 2013: Moana Nui Akea – Okean səfərlərinin qeyd olunması 2012: Hoʻonui ʻIke – Biliyin artırılması 2011: Mele Ailana – Ada musiqisinin qeyd olunması 2010: (? – Bu il üçün məlumat lazımdır) 2009: Hula – "Hekayə danışılsın" 2008: Hula – "Havay rəqsi sənəti" 2007: Ke Kahua Lani o Hawaii 2006: Na Paniolo Nui o Hawaii – Havayın böyük kovboyları 2005: Nā Honu Hawaiʻi – "Daxildəki ruh" 2004: No Nā Kamaliʻi – "Uşaqlar üçün" 2003: E Mau Ana Ka Hula I Ke Kanaka – "Hula xalqı ilə yaşayır" 2002: Ka ʻUhane O Ka Loea – "Ustadların ruhu" 2001: Hoʻohanohano I Nā Holokai – "Dənizçilərə hörmət" 2000: He Makana O Nā Lei Nani – "Gözəl çələnglərin hədiyyəsi" 1999: Hui Pū I ka Hula – "Mahnı və rəqsdə birlik" 1998: Ola Ka ʻŌiwi – "Yerli xalqın davamlılığı" 1995: Hoʻala Hou – Yenidən oyanış 1994: Lokomaikai – "Lütfkar və gözəl ruh" 1993: E Pilimain – "Birlikdə gələk" 1992: He ʻOhana Kakou – "Biz bir ailəyik" 1991: E Pupukahi 1990: Na Kamalei 1989: Mai Kupuna Mai 1988: Pulama – "Biz əziz tuturuq" 1987: We are Enriched – "Biz zənginləşirik" 1986: This Land of Aloha – "Bu, Aloha diyarıdır" 1984: Kulia I ka Nuʻu – Zirvəyə uğurla yüksəlmək 1983: He Makana Makamae ʻo Ke Aloha 1982: Hawaii - the Isles of Smiles – "Havay – gülümsəyən adalar" 1981: Rainbows of Aloha – "Aloha göyqurşaqları" 1954: Pule Hoʻohakahala
Bu mövzular hər il Aloha Festivalının əsas mövzusunu və mesajını əks etdirir.
İstinadlar
Kateqoriya:Festivallar Kateqoriya:Havay adaları Kateqoriya:Havay mədəniyyəti