Ənənəvi Yəhudilikdə İsa, saxta Məsihlərin ən zərərli və ən uğurlu olanı hesab olunur. Bununla bərabər, ənənəvi yəhudi inancına görə, hələ Məsih gəlmədiyi və Məsihin dövrü başlamadığı üçün, İsanın Məsihliyinin və ya ilahiliyinin rədd edilməsi Yəhudilikdə mərkəzi əhəmiyyət kəsb edən bir mövzu olmamışdır.
Yəhudilik heç vaxt Xristianlığın İsaya aid etdiyi xüsusiyyətləri qəbul etməmişdir. Yəhudiliyin əsas inancı, Allahın təkliyi və qəti birliyidir. Buna görə də bir insana ibadət etmək, qəti olaraq bütpərəstlik kimi qəbul edilir.İsanın Allahlığına inanmaq yəhudiliklə ziddiyətlidir:
"Məsələ bundan ibarətdir ki, Kilsənin xristologiyası, insanlığı günahdan və ölümdən xilas etmək üçün çarmıxda ölən Allahın oğlu məsələsi haqqındakı təlimləri yəhudiliklə ziddiyətlidir. Yəhudilikdən əvvəlki İbraniliklə də ziddiyyətlidir." John D. Rayner; A Jewish Understanding of the World; s. 187;Berghahn Books; 1998; ISBN 1-57181-974-6. "İsaya Məsih kimi inanmaqla bərabər Xristianlıq, yəhudilikdəki bir çox əsas doktrinanın təbiətini dəyişdirmişdir" Aryeh Kaplan; The Aryeh Kaplan Anthology: Volume 1, Illuminating Expositions on Jewish Thought and Practice; s. 264; Mesora Publication; 1991; ISBN 0-89906-866-9. "Məsih haqqında olan doktrinalar Yəhudi dini düşüncə dünyasına yaddır və həmişə də yad olaraq qalacaqdır." Stephen M. Wylen; Settings of Silver: An Introduction to Judaism; s. 75; Paulist Press; 2000; ISBN 0-8091-3960-X. "Bir Yəhudi üçün hər növ şituf, sözün əsl mənasında bütpərəstlik deməkdir. Buna görə də bir Yəhudinin İsanı Allah kimi və ya Allahın vasitəçisi , Xilaskar (Məsih) və ya peyğəmbər kimi qəbul etməsi yəhudiliyə xəyanətdir." Rabbi J. Emmanuel Schochet; "Judaism has no place for those who betray their roots"; The Canadian Jewish News; 29 iyul 1999; access-date=11 mart 2015. "Əgər İsanın Məsih olduğuna, başqalarının günahlarına görə öldüyünə, Allahın seçilmiş oğlu olduğuna ya da Xristianlığın digər bir doqmasına inanırsınızsa, Yəhudi deyilsiniz." Rabbi Susan Grossman; "Jews for Jesus: Who's Who & What's What "; belief.net; 28 avqust 2006. Access-date=1 fevral 2017. "İki min il ərzində Yəhudilər, İsanın Tanaxta qeyd edilmiş Məsihlik əlamətlərini reallaşdırdığını və Kilsə atalarının onun haqqında düzəltdikləri doqmaları rədd etmişdirlər. Bu doqmalara misal kimi, bakirə bir qadından dünyaya gəlməsi, Allahın oğlu olması, bir üqnumun hissəsi olması və ölümündən sonra dirilməsi inancları göstərilə bilər... İki min ildir Xristianların ən böyük arzularından biri Yəhudilərin İsanı qəbul etməsi olmuşdur, çünki beləliklə də Yəhudilər, öz kitablarındakı əlamətləri İsanın reallaşdırdığını qəbul etmiş olacaqlardı." ed. Gregory A. Barker; Jesus In The World's Faiths: Leading Thinkers From Five Faiths Reflect On His Meaning eserinde Susannah Heschel; "Jewish Views of Jesus"; s. 149; Orbis Books; 2005; ISBN 1-57075-573-6. "Heç bir Yəhudi, İsanın Məsih olduğunu qəbul etmir. Bir şəxs əgər belə bir inancı ifadə edərsə, o artıq xristian olur. Bir şəxsin eyni zamanda həm xristian, həm də yəhudi olması isə qeyri-mümkündür." Rabbi Barry Dov Lerner; "Why don't Jews accept Jesus as the Messiah? " Yəhudi esxatologiyasına görə, Məsihin gəlməsi bəzi əlamətlərin baş verməsi ilə bərabər baş verəcəkdir. Bu əlamətlərin bəziləri baş vermiş olsa da (məsələn, yəhudilərin vətənləri okan İsrailə qayıtmaları), bəziləri baş verməmişdir (məsələn, Süleyman məbədinin yenidən tikilməsi). Bu əlamətlər arasında, sülh dolu bir Məsih dövrüYeşeya, 2:4 və bu dövrdə Allah haqqında məlumatların və ya elmlərin bütün dünyada başa düşülməsi vardır.Yeşeya, 11:9 Yəhudilər, bu əlamətlərin heç biri İsanın zamanında baş vermədiyi üçün onu Məsih olaraq qəbul etmirlər.
İsa ilə bağlı ənənəvi Yəhudi baxışı həmişə mənfi istiqamətdə olmuşdur. Orta əsrlər dövründə Yəhuda Haləvi və İbn-i Meymun, İsa və Məhəmmədi gələcəkdə ümumbəşəri təkallahlılığın baş verəcəyi Məsih dövrünün hazırlayıcıları olaraq görmüşdürlər. XVIII əsrdə Yaqub Emden və Musa Mendelson ilə başlayaraq, bir qrup Yəhudi mütəfəkkir, həqiqi tarixi İsanın Xristianlığın öyrətdiyindən daha çox Yəhudiliyə yaxın olduğunu iddia etməyə başlamışdırlar.
Ayrılığın əsasları
İsanın Allah, Allahın oğlu ya da bir üçlüyün şəxslərindən biri olması fikri, Yəhudi ilahiyyatı ilə ziddiyyətlidir. Yəhudilər, İsanın gözlənilən Məsihin əlamətlərini yerinə yetirmədiyi fikrindədirlər.Rabbi Shraga Simmons; "Why Jews Don't Believe in Jesus ". access-date=02.02.2017. "Why Jews Don't Believe in Jesus "; Ohr Samayach - Ask the Rabbi. access-date=02.02.2017. "Why don't Jews believe that Jesus was the messiah? "; AskMoses.com. access-date=02.02.2017. Yəhudiliyin əsas hökm verən mətnləri, İsanın Allahlığını, ilahiliyini, Allah ilə insanlar arasında vasitəçi olmasını, Məsihliyini və ya müqəddəsliyini rədd edir. Digər bir çox zidd olan amillərdən əlavə, üç üqnuma inanmaqda Yəhudiliklə ziddiyyətlidir.
Yəhudiliyin baxışları və İsa Vahidlik və Allahın təkliyi
Yəhudilikdə, Allahın iki cür olması və ya üç üqnum inancı azğınlıq, hətta müşriklik olaraq görülmüşdür.Üç üqnum inancı yəhudiliklə ziddir: God as One vs. The Trinity (jewsforjudaism.org) Have Christians Discovered the Doctrine of the Trinity in the Shema prayer? by Tovia Singer (outreachjudaism.org) Trinity (religionfacts.com) Yəhudi inancına əsasən Tanaxın xüsusilə Təsniyə (Qanunun təkrarı) kitabında (Təsniyə 6:4) üçlük inancını qeyri-mümkün edən açıq şəkildə tövhiddən bəhs edilir: "Qulaq as, ey İsrail! Yahve Allahımızdır, O təkdir." A History of the Jews kitabında Paul Conson, yəhudilər ilə xristianlar arasındakı fərqi bu prinsipə bağlayır: " “İsa Allahdırmı, insandırmı?” sualına xristianlar “Hər ikisi də” cavabını verirlər. Miladi 70-ci ildən sonra isə bu cavab artıq ictimaiyyətə məlum olmuşdur. Bu baxış tərzi isə yəhudiliklə qəti bir ayrılığa səbəb olmuşdur."Paul Johnson; A History of the Jews; 1987; s. 144; HarperCollins; ISBN 0-06-091533-1
Yəhudilik inancına əsasən, bir insanın Allah olduğunu, Allahın bir hissəsi olduğunu və ya sözün əsl mənasında Allahın oğlu olduğunu iddia etməsi azğınlıq hesab olunur. Qüds Talmudunda belə deyilir: “Əgər bir insan Allah olduğunu iddia edirsə, o, yalançıdır” (Taanit, 2:1)."
XII əsrdə yaşamış İbn Meymun yəhudiliyin əqidə əsaslarını qanuniləşdirmişdir. Buna görə Allah hər şeyin səbəbidir və təkdir. Onun tək olması bir cütlükdən biri, çoxsaylı üzvləri olan bir növün tək nümunəsi və ya müxtəlif ünsürlərdən ibarət olan bir varlıq kimi başa düşülməməlidir. O, hissələrə bölünə bilən bir varlığın təkliyi kimi də deyildir. Allah, özü kimi başqa bir nümunəsi olmayan vahid bir varlıqdır.Musa ibn Meymun; çev. Eliyahu Touge; Mishneh Torah , Sefer Madda, Yesodei haTorah, Chapter 1:7
Bəzi yəhudi mütəxəssisləri isə çox geniş yayılmış yəhudi poetik ifadəsi olan "Göydəki Atamız"ın İsa tərəfindən sözün həqiqi mənasında "Göydəki Atam" kimi istifadə edildiyi fikrini müdafiə edirlər (bax: Atamız).Aryeh Kaplan; From Messiah to Christ . The Real Messiah? A Jewish Response to Missionaries; s. 33; (1985) ; New York: National Conference of Synagogue Youth; ISBN 1-879016-11-7. İsa bütün həyatı boyu “Göydəki Atam” ifadəsini işlətmişdir. Bu ifadə yəhudilərə yaxşı məlum olan poetik deyimdir. Müasir dövrdə belə yəhudi dualarında istifadə olunur. Lakin bu ifadə ilə tanış olmayan centillərin (qeyri-yəhudi millətlərin) nəzərində bu ifadənin mənası sözün əsl mənasında işlədilmişdir.
Yəhudiliyin Məsih anlayışı
Yəhudilikdəki Məsih anlayışı xristianlıqdan çox fərqli xüsusiyyətlərə malikdir. Yəhudilikdə Məsihin vəzifəsi Məsih dövrünü gətirməkdir, bu, yalnız bir dəfə baş verəcək bir hadisədir və Məsihlik əlamətlərini yerinə yetirməmişdən əvvəl ölən bir şəxs əsla Məsih ola bilməz. Bu əlamətlərdən bəziləri bunlardır: Bütün İsrail oğullarını Tövratın qaydalarına müvafiq formada yaşamağa yönəltməsi, dini qaydalara riayət edilməsində mövcud olan itaətsizlikləri aradan qaldırması, Allahın müharibələrini aparması, məbədi olması lazım olan yerdə inşa etməsi, dağılmış bütün İsrail oğullarını bir yerə cəmləməsi. İbn Meymun Məsihlə əlaqədar olan bu məqamı xüsusi vurğulayır:
"Əgər bütün bu məsələləri yerinə yetirə bilməmiş və ya öldürülmüşdürsə, o, şübhəsiz ki, Tövratda müjdələnmiş Məsih deyil... və Allah onu yalnız insanları imtahan etdirmək üçün göndərmişdir."
Yəhudilər Məsihin Yeşeya və Hezekil peyğəmbərin bütün dediklərini yerinə yetirəcəyinə inanırlar. Yeşeya kitabında deyildiyi kimi, Məsih ata tərəfdən Davudun nəslindən gələcəkdir.Yeşeya, 11:1 Məsih, yəhudiləri öz vətənlərinə geri qaytaracaq və məbədi inşa edəcək, kral olaraq hökm sürəcək və bir sülh dövrünə rəhbərlik edəcəkdir. Məsih dövründə bütün insanlıq Allah elmi ilə dolacaqdır. Məsih, bütün xalqları İsrail oğullarına qarşı etmiş olduqları səhvləri qəbul etdirməyə məcbur edəcəkdir.Yeşeya, 52:13 , 53:5 Hezekildə deyildiyi kimi, Məsih yəhudiləri xilasa çatdıracaqdır.Hezekiel, 16:55
İsa, İkinci məbəd hələ dağılmamışdan əvvəl yaşamışdır. O yaşadığı dövrdə yəhudilər sürgündə deyildilər. İsa heç vaxt krallıq yaratmamış və onun zamanında bir sülh dövrü və ya böyük bir elm intibah dövrü baş verməmişdir. İsa kilsələr tərəfindən təbliğ edilən ənənəvi xristian təliminə əsasən, Məsihin yerinə yetirəcəyi vəd edilmiş işləri yerinə yetirmədən ölmüş və eyni zamanda da Məsihin yəhudilikdəki əlamətlərindən olmayan İkinci gəlişi ilə insanları müjdələmişdir. Yəhudilər, onun zamanından bir müddət sonra, xilas olmaq əvəzinə vətənlərindən sürgün edilmişdirlər. Bu fərqlər, İsanın müasiri olan yəhudi alimləri tərəfindən vurğulanmışdır. Həmçinin, 1263-cü ildə Musa ibn Nahman, Katoliklərlə apardığı bir mübahisə zamanı, öz dövrünün bütün yəhudi alimlərinin İsanın Məsihliyini inkar etdiklərini qeyd etmişdir. Yəhudilər, xristianların Tanaxdan İsa ilə əlaqəli öz baxışlarını dəstəkləyən cümlələr çıxarmalarını yanlış təfsir olaraq görürlər.Michoel Drazin; "Their Hollow Inheritance. A Comprehensive Refutation of Christian Missionaries "; 1990; Gefen Publishing House, Ltd. ISBN 965-229-070-X.Isaac Troki; "Faith Strengthened "; jewsforjudaism.org; 22.12.2007; access-date=10.02.2017 Onlara görə, İsa, Məsihin xüsusiyyətlərini daşımır.Shraga Simmons; "Why Jews Don't Believe in Jesus "; Aish HaTorah. "Yəhudilər İsanın məsihliyini qəbul etmirlər, çünki: İsa Məsih haqqında deyilənləri reallaşdırmamışdır. İsaya aid olduğu bildirilən Tanax istinadları səhv şərhlərdir. Yəhudi inancı, Yəhudi millətinə gələcək bir vəhyi, maariflənməni əhatə edir.
Peyğəmbərlik və İsa
Tanaxa görə, bir şəxsin peyğəmbər olmasının və ya Allahın adına danışmasının etibarlı olması üçün, İsrailoğullarının Allahının adına danışmalıdır, başqa bir Allahın adına danışmamalıdır, Allahı Yəhudiliyin müqəddəs mətnlərində qeyd edildiyindən fərqli bir formada təsvir etməməli, Allahın sözlərini dəyişdirməməli və Allahın fikrini dəyişdiyini, əvvəllər söylədiyi əzəli sözündən fərqli bir söz söyləməyə qərar verdiyini iddia etməməli, həmçinin də bu şəxsin verdiyi xəbərlər reallaşmalıdır.Təsniyə, 13:1-5 , 18:18-22 Musa ibn Meymun; çev. Eliyahu Touge; Mishneh Torah , Sefer Madda, Yesodei haTorah, Chapter 8 Xristianlığın təlimlərindən biri hesab olunan, Məsihin dini qanunu başa çatdırıb, yəhudiləri Allah tərəfindən təyin olunmuş əmr və qadağalardan azad etmə kimi bir vəzifəsi olduğu inancı, yəhudilikdə yer almır.