Anaqut (əvvəlki adı: Danaqırt) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnış kənd inzibati ərazi dairəsi tərkibindəki Danaqırt kəndi Anaqut kəndi adlandırılmışdır.
Tarixi Vənənd çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Danaqrrd variantında da qeydə alınmışdır. Danaqırt xırda yabanı otdur. Kənd öz adını ərazinin bitki örtüyündən almışdır.
Əhalisi Əhalisi 465 nəfərdir.
Həmçinin bax Ordubad rayonu
İstinadlar
Kateqoriya:Ordubad rayonunun kəndləri