Yurate və Kastitis () — Litva xalq nağılları arasında məşhurluğu ilə seçilir. İlk dəfə 1842-ci ildə Lüdviq Yuçeviç tərəfindən yazıya alınmışdır. O vaxtdan bəri poemalar, baletlər və hətta rok-opera üçün ilham mənbəyi olmuşdur. Yurate adı Litvanın jūra— dəniz sözündən gəlir.
Süjeti Nağılın müxtəlif versiyaları olsa da, əsas məzmunu oxşardır. Dəniz ilahəsi Yurate Baltik dənizinin dibində yerləşən dəfnə sarayında yaşayır və dənizdə qayda-qanunu qoruyurdu. Kəndli balıqçı Kastitis (Şventoji kəndindən) çoxlu balıq tutaraq ilahənin qəzəbinə səbəb olur.
Yurate dənizin dərinliklərindən çıxaraq gözəl bir su pərisi (undina) şəklində Kastitisi cəzalandırmaq istəyir, lakin ona aşiq olur və onu sarayına aparır. Onlar xoşbəxt yaşayırlar, lakin ildırım tanrısı Perkunas ilahənin adi bir insanla məhəbbətindən xəbər tutur. Perkunas qəzəblənir, Yuratenin dəfnə sarayını milyona yaxın hissəyə parçalayır və ilahəni dənizin dibində bir qayaya zəncirləyir. Əfsanəyə görə, bu səbəbdən fırtınadan sonra Baltik dənizi sahillərində kəhrəba qırıntıları görünür. Başqa bir versiyada, Yurate fırtına zamanı sevdiyini ölümdən xilas edir. Digər versiyaya görə, Kastitis vəfat edir və Yurate hələ də ona yas tutur – onun göz yaşları şəffaf kəhrəba şəklində dənizə tökülür, nalələri isə fırtınanın vıyıltısı kimi eşidilir.
Mədəni əhəmiyyəti Litva xalq nağılları arasında “Yurate və Kastitis” və “Eqle, ilanların kraliçası” ən məşhur olanlardır. Onlar Litva mifologiyası ilə bağlıdır və gündəlik həyatdakı bəzi hadisələrin mənşəyini izah etməyə çalışır. Palanqa kurort şəhərində 1960-cı ildən bəri Yurate və Kastitis fəvvarəsi mövcuddur (heykəltəraş N. Qayqalayte).
Şəhərin gerbi bu əfsanədən ilhamlanaraq hazırlanmışdır: Mavi fon – Baltik dənizini, Kəhrəba boyunbağı – qədim sənəti, Gümüş tac – dəniz ilahəsi Yurateni simvolizə edir. Polşada "Yurata" adlı dəniz kurortu mövcuddur – bu yer ilahənin şərəfinə adlandırılmışdır.
Ədəbi və musiqi əsərlərində Əfsanə müxtəlif dövrlərdə yazıçılar və bəstəkarlar üçün ilham mənbəyi olub:
1920 – Litvanın böyük şairi Mayronis bu əfsanə əsasında ballada yazmışdır. 1937 – Vyaçlovas Rataiskis-Ratasın bu əfsanəyə çəkdiyi illüstrasiyalar Paris dünya sərgisində yüksək mükafata layiq görülüb. 1933 – Qruodis tərəfindən musiqisi yazılan balet səhnəyə qoyulub. 1955 – opera və teatr tamaşası hazırlanıb. 2002 – Klaypeda şəhərinin 750 illiyi münasibətilə rok-opera səhnələşdirilib. Operanın sonu kədərlidir – Yuratenin sarayı dağılır, aşiq cütlük isə ayrılır. 1959 – SSRİ-də “Kəhrəba sarayı” adlı animasiya filmi çəkilib. 1967 – məşhur şair İosif Brodski “Palanqada” adlı şeirində Yurate və Kastitisi xatırlayır:
<poem>…Mövsüm bitdi. Masalar tərsinə çevrilib. Dovşanlar bayram edir, şam qozaları ilə doymuş. Bufetdə xoruldayan rus aqronomu, sanki palçıq yollarla vərdiş edən bir qəhrəmandır. Fəvvarə axır, pəncərənin arxasında isə Yurate və Kastitis öpüşür…</poem>
İstinadlar
Əlavə ədəbiyyat Arias, Enrique Alberto. "Jūratė and Kastytis by Kazimieras Viktoras Banaitis: A Lithuanian Operatic Version of the Lorelei-Undine Myths ". In: Lituanus: Lithuanian Quarterly Journal of Arts and Sciences Volume 42, No. 4 (Winter 1996).
Xarici keçidlər Jūratė ir Kastytis poem by Maironis at Wikisource Jūratė and Kastytis rock opera home page (with photos and music samples) Jūratė ir Kastytis, ballad by Maironis. English translation by Lionginas Pažūsis. The legend of Jūratė and Kastytis
Kateqoriya:Litva mifologiyası