Mustafa Nəcati bəy (; ) — türk siyasətçi və hüquqşünas. Altay İK qurucularından biridir.
Bioqrafiyası Mustafa Nəcati 1894-cü ildə İzmir şəhərində, Halit bəylə Naciyə xanımın ailəsində doğulub. İbtidai və orta təhsilini İzmirdə başa vurduqdan sonra ali təhsil almaq məqsədilə İstanbula yollanmış, burada hüquq fakültəsində oxumuşdur. 1914-cü ildə İzmirə qayıdaraq vəkillik və müəllimlik fəaliyyətinə başlamış, bir il sonra dostu Vasif Çınarla birgə özəl məktəb təsis etmişdir. Eyni zamanda dəmiryol şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlubiyyətindən sonra müttəfiq qüvvələr dəmiryol işçilərini işdən çıxardıqda, onların hüquqlarını müdafiə etmək üçün xüsusi komitə yaratmışdır. Fəaliyyət dairəsini genişləndirərək cəbhədən qayıdan ehtiyatda olan zabitlərin də hüquqlarını qorumağa başlamışdır. Yunan ordusu İzmiri işğal etdikdən sonra İstanbula, oradan isə Balıkəsirə köçmüş, burada Milli Mücadilə hərəkatına qoşulmuşdur. Yunan işğalına qarşı türk xalqının haqlı mübarizəsini əks etdirən "İzmir'e Doğru" adlı qəzet nəşr etdirmişdir, lakin qəzet uzun müddət fəaliyyət göstərə bilməmişdir.
Mənbə
"Altay'ın kurucuları kimlerdir". universitelialtaylilar.com Eski, Mustafa (1999). Cumhuriyet Döneminde Bir Devlet Adamı Mustafa Necati. Atatürk Araştırma Merkezi. s. 7. ISBN 9751610508 Arıkan, Zeki. "Millî Mücadelenin Bir Öncüsü: Mustafa Necati" Özer, Fuat. "Mustafa Necati Bey"
İstinadlar Kateqoriya:TBMM III çağırış deputatları Kateqoriya:TBMM I çağırış deputatları Kateqoriya:Türkiyənin milli təhsil nazirləri Kateqoriya:TBMM II çağırış deputatları Kateqoriya:XX əsr siyasətçiləri