İsmayıl Səfa Özlər (; ) — türk siyasətçisi."İSMAİL SAFA ÖZLER (1885-1940) Adanalı Bir Fikir ve Siyaset Adamı""TBMM Albümü 1. Cilt (1920-1950)".
Mülkiyyə məktəbini bitirib. Şam İdadiyyəsində tarix-coğrafiya müəllimi, özəl məktəb direktoru, Pozantı Qüvayi-milliyə Təşkilatının rəhbəri, Adana valisi, jurnalist, təsərrüfatçı, Adana Xalq Evinin sədri kimi fəaliyyət göstərib.
Türkiyə Böyük Millət Məclisinin I çağırış Mersin, II çağırış Adana, VI çağırış Seyhan (Adana) millət vəkili seçilib. IV İcra Vəkilləri Heyətində Daxili İşlər, IV və V İcra Vəkilləri Heyətində və I Hökumətdə Maarif Vəkili vəzifələrini icra edib. Qırmızı-yaşıl lentli İstiqlal Medalı ilə təltif olunub. Ailəli olub, dörd övladı dünyaya gəlib.
Adanada yerləşən İsmail Səfa Özlər Anadolu Liseyinə onun adı verilib.
Mənbə
"T.C. MİLLÎ EĞİTİM BAKANLIĞI ADANA / ÇUKUROVA - İsmail Safa Özler Anadolu Lisesi". MEB.
İstinadlar
Kateqoriya:Türkiyənin daxili işlər nazirləri Kateqoriya:Türkiyənin milli təhsil nazirləri Kateqoriya:Türkiyə fermerləri