Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Əbülfəz Elçibəyin doğulduğu kənddir.

Tarixi Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi 27 aqvust 1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (səh. 183–184) verilən məlumata əsasən Naxçıvan sancağının Azadciran nahiyəsinə tabe olan Kələki kəndində kişi cinsindənQeyd: Qadın cinsindən olanlar nəzərə alınmamışdır. 28 nəfər qeyri-müsəlman əhali var idi.Naxçıvan sancağının müfəssəl dəftəri 9 məhərrəm 1140 (27 avqust 1727) . Bakı şəhəri, "Elm" nəşriyyatı, 2001-ci il. İçindəkilər: Dərəşahbuz nahiyəsi, səh 118 Əhalinin sayı 2009-cu ildə siyahıya alınmaya görə 492 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

Tanınmışları Əbülfəz Elçibəy — Azərbaycan Respublikasının eks prezidenti Aydın Qasımlı — Türkoloq, filologiya elmləri namizədi

Həmçinin bax Kələki körpüsü

İstinadlar

Kateqoriya:Ordubad rayonunun kəndləri